“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukrayna Almaniyadan bu silahları istəyib - Siyahı yayımlandı

Tarix 07.07.25, 11:45

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyanın nüfuzlu "Bild" nəşri Ukraynanın Almaniyaya təqdim etdiyi, lakin ictimaiyyətə açıqlanmayan hərbi yardım siyahısını yayımlayıb. 

Məlumata görə, bu siyahı Ukrayna tərəfindən Almaniyaya milyardlarla avro dəyərində konkret silah tələbləri ilə göndərilib. Yeni Almaniya hökumətinə Fridrix Mersin rəhbərlik etməyə başlamasından sonra Berlin artıq Ukraynaya göndərilən yeni silah yardımları barədə rəsmi məlumat yaymır. Eyni şəkildə, rəsmi Kiyev də Almaniyadan aldığı silahlar barədə məlumat vermir.

"Bild"-in əldə etdiyi sənəddə tələblər üç əsas kateqoriyada toplanıb:

- Hava hücumundan müdafiə sistemləri;

- Zirehli nəqliyyat vasitələri;

- Radioelektron mübarizə (REB) vasitələri.

Ukraynanın hava hücumundan müdafiə sahəsində istədikləri:

- 4 ədəd yeni IRIS-T atəş qurğusu;

- 1500 ədəd IRIS-T SLM (orta mənzilli) idarəolunan raket;

- 500 ədəd IRIS-T SLS (qısa mənzilli) idarəolunan raket;

- 200 min ədəd 40 mm-lik zenit mərmisi (Rusiya dronlarına qarşı);

- Zirehli və mühəndis texnikaları üzrə tələblər:

- 1000 ədəd mina təhlükəsinə qarşı qorunan avtomobil;

- 200 ədəd müxtəlif modifikasiyalı zirehli tırtıllı texnika;

- 30 ədəd minadan təmizləmə maşını;

- 20-30 ədəd WiSENT tipli mühəndis tankı;

- 200 ədəd xüsusi təyinatlıların daşınması üçün cip tipli maşın;

Radioelektron mübarizə vasitələri üzrə tələblər:

- 1000 ədəd GPS siqnal tıxayıcı (dronlara qarşı);

- 200 ədəd mobil yerüstü radar (müşahidə və hədəflərin müəyyənləşdirilməsi üçün);

"Bild"-in məlumatına görə, bu siyahının mövcudluğunu hərbi mənbələr və sənaye nümayəndələri təsdiqləyib. Lakin Almaniya Müdafiə Nazirliyi məsələyə şərh verməyib. 

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius iyun ayında Ukraynaya əlavə 1,9 milyard avroluq hərbi yardım ayrılacağını açıqlamışdı. Bundan əlavə, Berlin hazırda ABŞ ilə birlikdə Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təchizatı üzrə "intensiv danışıqlar" aparır.



Xəbərin oxunma sayı : 262




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap