![]() |
|














Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri - FOTO
Tarix 06.05.25, 12:06 |
|

Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur. Mülayim iqlimi, möhtəşəm sahil xətti, qədim abidələri və dünya səviyyəli kurortları ilə tanınan bu şəhər öz gözəlliyi ilə turistləri valeh edir. Lakin Antalyanın daha az tanınan, turizm izdihamından uzaq, sanki cənnəti xatırladan məkanları da var ki, hətta ən təcrübəli turistləri belə heyrətləndirə və valeh edə bilər. Bu gizli incilər sizə təbiəti, mədəniyyəti və tarixi fərqli və orijinal bir şəkildə yaşamaq imkanı verir, Antalyanın tamam başqa bir üzünü tanımağa şərait yaradır. Antalyanın ən gözəl məkanlarını sizə təqdim edirik:
Ormana kəndi – Milli memarlığın parlaq nümunəsi
Antalyanın incilərindən biri olan Ormana kəndi, Toros dağlarının ətəklərində yerləşən qədim bir "Yörük” (köçəri) məskənidir. UN Turizm Təşkilatının "2024-cü ilin Dünyanın Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən bu kiçik kənd, yaşılın hər çalarına, mavi səmalara və nostalji ab-havaya sahib bir cənnət guşəsidir. Ormana, Türkiyənin orijinal kənd həyatına nadir bir baxış imkanı təqdim edir.
Kənd, yalnız daş və sərv ağacından – heç bir bağlayıcı məhlul istifadə edilmədən – inşa edilən "düymə evləri” ilə tanınır. Osmanlı dövrünə aid olan bu evlər milli memarlığın möhtəşəm nümunələri sayılır və bölgənin əsrlərlə formalaşmış sənətkarlığını, təbiətlə vəhdətdə davam edən davamlı həyat tərzini əks etdirir.
Ormana həm də məhsuldar torpaqları və ənənəvi üsullarla becərilən üzüm bağları ilə məşhurdur. Burada yetişdirilən yerli üzüm sortları özünəməxsus ləzzəti ilə seçilir. Hər il sentyabr ayında isə təxminən 60 ildir davam edən "çavuş” üzüm bayramı keçirilir və bu kəndin zəngin kənd təsərrüfatı irsi təntənə ilə qeyd olunur.
Altınbeşik mağarası: Qeyri-adi geoloji möcüzə
Ürünlü kəndində yerləşən Altınbeşik mağarası, Türkiyənin təbiət inciləri arasında bənzəri olmayan bir möcüzədir, lakin hələ də kütləvi turizmin diqqətindən kənarda qalıb. Toros dağlarının ətəklərindəki Altınbeşik Milli Parkının tərkibində yer alan bu mağara, Türkiyənin ən böyük yeraltı gölünə ev sahibliyi edir. Mağaranın daxilindəki heyrətamiz sarkıt (Mağara damından asılaraq yaranan mineral ütun) və dikitlər (Mağara yerində yaranan mineral sütun), buz kimi görünən traverten qatları bu məkanı sanki başqa bir aləmdən gəlmiş kimi göstərir.
Turistlər mağaranın içində qayıqla tur edərək bu valehedici təbiət möcüzəsini kəşf edə bilər, şəffaf sular, mineral quruluşlar və təbii işıq oyunlarının yaratdığı sehrli mühiti yaxından hiss edə bilərlər. Eyni zamanda mağaranın ətrafında gəzinti edərək 605 bitki növünü – o cümlədən nadir endemik növləri – və zəngin heyvanat aləmini əhatə edən Milli Parkın təbii gözəlliklərini də araşdıra bilərlər.
Kimera: Möhtəşəm təbii hadisə
Yanan qayaların yerləşdiyi Kimera — Türkiyənin ən maraqlı və mistik təbiət hadisələrindən biri — Çıralı yaşayış məntəqəsində yerləşir. Dəniz tısbağaları Caretta carettaların yumurta qoyduğu çimərliyi ilə tanınan bu bölgədə, gözoxşayan təbiət mənzərələri ilə əhatələnmiş 30 dəqiqəlik bir dağ yürüşü ilə Kimera sahəsinə asanlıqla çatmaq mümkündür. Yeraltından çıxan metan qazı atmosferlə təmasda olaraq heç vaxt sönməyən alovlar yaradır.
Bu yanan qayalar Olympos Beydağları Milli Parkının tərkib hissəsidir – Aralıq dənizi gözəlliyinə malik bir bölgədir ki, burada əfsanələr gerçəyə çevrilmiş kimi görünür. Rəvayətə görə, qanadlı at Pegasusun köməyi ilə qəhrəman Bellerofon od püskürən, üç başlı Kimera canavarını məhz burada məğlub edərək onu daşa çevirmişdir. Bu səbəbdən, Kimera alovlarının həmin əjdahanın odunun izləri olduğuna inanılır və ərazi bu əfsanəvi adla adlandırılır.
Xüsusilə gün batımından sonra Kimera qeyri-real bir mənzərə təqdim etsə də, yaxınlıqdakı qədim Olympos şəhəri də az qala nəfəskəsici təsir bağışlayır. E.ə. III əsrə aid olan bu qədim yaşayış yeri məşhur Olympos çimərliyinin yanında yerləşir və Likiya sivilizasiyasının keçmiş həyatına dair heyranedici izlər saxlayır.
Uçansu Şəlaləsi: Aziz Paul Yolu üzərindəki Gizli Cənnət
Belekdən, Antalyanın məşhur lüks golf məkanı, 60 km məsafədə yerləşən Uçansu Şəlaləsi də gizli bir cənnət olaraq tanınır. Toros Dağlarından gələn su, hər biri 25-30 metr hündürlükdən enərək iki ayrı şəlalə ilə yaşıllıqlara axır. Bu şəlalələrə çatmaq üçün təxminən bir saatlıq bir dağ yürüşü tələb olunur. Lakin turistlər, zirvəyə çatdıqda möhtəşəm mənzərələrlə qarşılaşırlar. Burada həmçinin Kiçik Kralın Çəni adı ilə tanınan bir təbii hovuz da mövcuddur.
Uçansu Şəlalələri, Türkiyənin ikinci ən uzun yürüyüş yolu olan Aziz Paul Yolunun bir hissəsidir. Erkən Xristianlığın önəmli misyoneri olan Aziz Paulun izləri ilə gedən bu yol, səyahətçilərə qədim xarabalıqları, ənənəvi kəndləri və toxunulmamış təbii mühitləri kəşf etmə imkanı təqdim edir.




Xəbərin oxunma sayı : 1066
Maraqlı
Xəbərlər
-
Xalasının telefonunu 940 manata satdı - Pulu bir günə xərclədi
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR
-
Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
-
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
-
Prezident Azərbaycan-İran əlaqələrinə xələl gətirmək istəyənlərdən danışdı - FOTO
-
Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi - Göyçayda
-
Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə
-
37 dərəcə isti olacaq - Sabahın havası
-
Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - MÜRACİƏT
-
“Məni alan cekpot udub, hərtərəfli qızam“ - Qumral
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - Müdafiə Nazirliyi
-
Ronaldo “Əl-Nəsr”də qaldı - Rekord məbləğ alacaq
-
Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər - VİDEO
-
“Azərbaycanfilm” və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
DİN və Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı - Müraciət
-
Uşaqlar arasında “beşinci xəstəlik“ yayılıb - Nə etməli?
-
Meloni qəribə davranışları ilə yenidən gündəmdə - VİDEO
-
Gümüş bahalaşmaqda davam edir - VİDEO
-
Ukrayna iqtisadiyyatı çökmək üzrədir - “Vaşinqton Post“
-
Mobil təhlükə artır: “SMS Blaster“ fırıldağı sürətlə yayılır
-
Bu adamlar yumurta yeməməlidir - Səbəbi AÇIQLANDI
-
ABŞ Çinlə ticarət razılaşması imzalayıb - TRAMP
-
“40 min manat ziyandayam“ - Arıçılar çətin vəziyyətdə - VİDEO
-
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş... - VİDEO
-
Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib - Tramp
-
Partlayış kinostudiyanın anbarında baş veribmiş - Mədəniyyət Nazirliyi
-
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
-
Narkotikə “yox” deyək - DİN-dən yeni sosial çarx
-
Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir? - VİDEO
-
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
“Normallaşma müzakirələri davam edir“ - Ermənistan XİN
-
Tatların yaşadığı kənddə nələr gizlədilib? - Sirli evlər, diqqətçəkən adətlər
-
Deputat başqasına məxsus obyekti gizlicə nazirin qaynatasına satıb - QALMAQAL
-
İrana hücum zamanı öldürülən yüksək rütbəli hərbi komandanlar - SİYAHI
-
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
-
Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...
-
Yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı
-
Bakıya oğurluqlar etmək üçün gələn gürcülər saxlanılıb - VİDEO
-
İlham Əliyev İran prezidentini Azərbaycana dəvət etdi - Telefon danışığı
-
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO
-
Azərbaycanlı müğənnilərin geyim qiymətləri - SİYAHI/FOTO
-
Bakıda hərbçilərin yürüşü keçirilir - CANLI YAYIM
-
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib
-
“Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
-
Həkim səhvinin qurbanı olan qadın əlillik dərəcəsini dəyişə bilmir - VİDEO
-
İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb - Ağ Ev
-
Dərnəgüldə yerləşən mərmər zavodu işçilərinin maaşını vermir? - ŞİKAYƏT
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda yeni söküntü dalğası başlayır - Sakinlər kompensasiyadan narazıdır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
-
Azərbaycan Ordusu 107 yaşında - FOTOLAR
-
“Putinlə müharibənin başa çatması barədə danışacağam“ - Tramp
-
Tovuzda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanaya yerləşdirilib
-
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə
-
“ABŞ gələn həftə İranla danışıqlar aparacaq, saziş imzalaya bilərik“ - Tramp
-
Biri işə düzəlmək, digəri təqaüdə çıxmaq istədi... - Balakəndə dələduzluq
-
“Azəriqaz“ın baş direktoruna 2 yeni müavin təyin edilib - FOTO
-
“166” bir köçkün ailəsini Qarabağa 930 manata köçürəcək - TENDER
-
Bu şəxslər “kupça”nı daha tez alacaqlar - AÇIQLAMA
-
Ərdoğan Trampla görüşə apardığı zərfə nə yazmışdı? - FOTO
-
Xətai rayonunda polis 40 kiloqram narkotik vasitə aşkarladı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
“Gündə 3 əsas yeməklə kifayətlənin“ - Nazirlik əhaliyə müraciət edib
-
Bu rayonlara yeni prokurorlar təyin edildi - Siyahı
-
Sabir Adnayevin sığorta şirkəti dirçələ bilmir - Yarım milyonluq azalma
-
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
-
Bakıda mənzillər və kirayə evlər bahalaşdı - QİYMƏTLƏR
-
Meşəlik ərazidə tikinti işlərinin aparılması qaydaları dəyişib - DETALLAR
-
İranda İsraillə əlaqəli 700-dən çox şəxsi həbs edilib - 3 nəfər edam olunub
-
Qadın qadını çılpaq görüntüləri ilə ittiham edib - Məhkəmə zalına qandallandı
-
Bu yollarla bağlı xəbərdarlıq edildi - Sürücülərin nəzərinə
-
Yasamal rayonunda qanunsuz tikinti davam edir - Rəsmilər susur
-
Hara toxunursan uçur, kimə müraciət etsən susur - Səbaildəki qəzalı binadan REPORTAJ
-
Etiketdə və kassada fərqli qiymətlər: Marketlərin fırıldağı ifşa olundu - VİDEO
-
İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək - Tramp
-
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - Fəaliyyət Planı
-
Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?
-
“Yükümüzü normativə uyğun vururuq, yenə də cərimələnirik” - VİDEO
-
General-mayor rütbəsi verilən hərbçilər kimdir? - FOTO
-
Banklar əvvəlki kimi qazana bilmir - Xalis mənfəətdə azalma
-
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu“ - FOTO
-
Prezidentin general-mayor rütbəsi verdyi Mürsəl İbrahimov kimdir? - DOSYE
-
“İran indi nüvə silahı yaratmaqdan uzaqdır“ - ABŞ dövlət katibi
-
Beş nəfərə general-mayor ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
-
Maştağa yolunda piyadalara təhlükə - VİDEO
-
“100 manata 9 sm boy artımı“ vədi: Azərbaycanda yeni dələduzluq?
-
Xərçəng xəstələrinin sayı niyə durmadan artır? - VİDEO
-
“Putinlə danışıqlar gözəl keçib“ - İran XİN başçısı
-
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
-
Ərdoğan Trampla görüşdü - Bu məsələlər müzakirə olunub
-
Böyükşor gölündə naməlum köpüklənmə nədir? - VİDEO
-
NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər - Siyarto
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qürurla qeyd edirik
-
Qarabağ bizimdir! Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu
-
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO
-
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul etdi - FOTO
-
“İsrail atəşkəsi pozmazsa, İran ona əməl edəcək“ - Pezeşkian
-
Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olunub?- FOTOLAR
-
Azərbaycan-İran sərhədində radiasiya varmı? - BİRGƏ MƏLUMAT
-
Prezidentdən güzəştli mənzillərlə bağlı - Fərman
-
Sabunçu rayonunda yanğın - 22 nəfər təxliyə edildi
-
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə qaldığı həyətdən 10 minlik oğurluq etdi - Məhkəmə qərarı
-
Rusiya Dnepri ballistik raketlərlə vurub - 7 nəfər ölüb, 70 nəfər yaralanıb
-
Son 6 ildə Azərbaycanda ərzaq məhsulları nə qədər bahalanıb? - Siyahı
-
Dövlət buğdanı 400 manata alacaq - Baş nazirdən QƏRAR
-
NATO-nun ən bahalı sammiti başlayır - Dəqiqəsi 1 milyon avroya başa gələcək
-
Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var - İlham Əliyev
TOP 10
ARXİV