“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezidenti İlham Əliyev qəbul keçirdi - FOTOLAR

Tarix 07.07.25, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzFakt.com xəbər verir ki, dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını deyib.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb, həmin görüşdə ikitərəfli gündəliyə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirib. Dövlət başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlara ilk səfəri deyilib. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.
Dövlət başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda iki ölkənin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.
Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə edib.
Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərdən və dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğulayıb. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək, vurğulayıb ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.
Öz növbəsində iki dövlət arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.
Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxunub. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd edib.
Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirilib, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.










Xəbərin oxunma sayı : 283




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap