“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub

Tarix 24.07.25, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın tanınmış media siması Mixail Qusman TASS xəbər agentliyindəki uzunmüddətli fəaliyyətinə son verib.

Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncama əsasən, Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, TASS Rusiyada dövlətə məxsus yeganə rəsmi xəbər agentliyi statusuna malikdir. 75 yaşlı Qusman 30 ilə yaxın müddətdə bu agentliyin müxtəlif strukturlarında çalışıb və agentliyin simalarından biri hesab olunub.
O, eyni zamanda 2000-ci ildən bəri yayımlanan və nüfuzlu qonaqları ilə tanınan “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır. Mixail Qusman həmçinin UNESCO çərçivəsində bir sıra mühüm beynəlxalq vəzifələr daşıyır. O, YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, eləcə də UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Məlumat üçün bildirək ki, Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub. Qusman 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, 1973-cü ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1973-1986-cı illərdə Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini olub.

Mixail Qusmanın sonuncu xarici səfəri bir neçə gün əvvəl Azərbaycana olub və Şuşa Qlobal Media Forumunda iştirak edib. 



Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap