“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

50 milyondan çox pulu Azərbaycana qaytarmayan kimdir? - İlham Abbasov yoxsa...

Tarix 22.07.25, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan iş adamı və şirkətləri ilə bağlı yeni detallar məlum olub. 50 milyon manatdan çox pul hanı? Abbasov bu məbləği tək ələ keçirib?

Musavat.com xəbər verir ki, ötən ilin noyabr ayında Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmayıb.

Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların  sayı altıya çatıb (YENİLƏNİB-8)


MMC-nin direktoru Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İlham Abbasov Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.

Hazırda onun cinayət işi üzrə məhkəmə araşdırmasının keçirilməsi müşkül məsələyə çevrilib. Əvvəlcə iş Bərdə Rayon Məhkəməsinə göndərilsə də aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İlham Abbasov və vəkili isə işin yenidən Bərdə Rayon Məhkəməsinə qaytarılmasını istəyib. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər. Sumqayıt Apellyasiya Məhkəməsi isə bu qərarı Ali Məhkəmənin verəcəyini deyib. Son olaraq işin hansı rayon məhkəməsində baxılacağına Ali Məhkəmə qərar verəcək.

Sumqayıt Apellyasiya Məhkəməsi | Sumqayit24.az

İlham Abbasov kimdir?

Rəsmi məlumatda qeyd edildiyi kimi “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC-nin direktoru olaraq İlham Abbasovun adı çəkilir. Onun adına daha bir neçə şirkət var. Həmin şirkətlərdən biri “VN FOOD EXPORT İMPORT COMPANY” MMC-dir. Digər bir şirkət isə “VİLLAGE EXPORT İMPORT COMPANY” MMC-dir.

Baş prokurorluğun yaydığı rəsmi məlumatdan fərqli olaraq məhkəmə materiallarında İlham Ababsova qarşı məhz sonuncu adını qeyd etdiyimiz iki MMC üzrə ittiham irəli sürülüb.

Məlumata görə, İlham Abbasova “VN FOOD EXPORT İMPORT COMPANY” MMC üzrə 38 milyon 500 min manat, “VİLLAGE EXPORT İMPORT COMPANY” MMC üzrə isə 16 milyon 700 min manat ittiham irəli sürülüb.

Azərbaycan Sənaye Korporasiyası

Azərbaycan Sənaye Korporasiyası

Onun qeyd edilən iki MMC üzrə ölkədən ixrac etdiyi kənd təsərrüfatı məhsullarına görə 55 milyon manatdan çox vəsaiti ölkəyə geri qaytarmadığı bildirilir.

İlham Abbasovun qeyd edilən MMC-lərin qanuni təmsilçisi olması rəsmi mənbələrdə də qeyd edilir.

İş adamının vergi ilə də başı dərddədir. Belə ki, onun Qala Meyvə-Tərəvəz İxracat İdxalat” şirkətinə görə 400 min manatdan çox, “VİLLAGE EXPORT İMPORT COMPANY” şirkəti üzrə isə 20 min manatdan çox vergi borcu yaranıb.

Rəsmi mənbələrdəki araşdırmalar zamanı da maraqlı məqamlar diqqət çəkir.

İlham Abbasovun MMC-ləri qısa zamanda ölkədən ən çox məhsul istehsal edən nəhəng şirkətlərin sırasına necə qoşulub?

Məhkəmə prosesləri niyə vaxtında başlamır? -

Rəsmi mənbələrdə ölkədən ən çox məhsul ixrac edən 10 şirkət arasında adı çəkilən İlham Abbasovun şirkətləri illik 30-60 milyon manat civarında kənd təsərrüfatı məhsullarının xaricə satışını həyata keçiriblər. Hətta 2017-ci ildə "Qala meyvə-tərəvəz ixracat idxalat" xaricə ixracatı sıfır olduğu halda 2018-ci ildə 23 milyon manat dəyəri olan məhsulu xaricə ixrac etməyi bacarıb.

İlham Abbasovu kim himayə edib? Qanuni təmsilçisi olsa da şirkətlərin faktiki rəhbəri kim olub? Ölkədən ixrac edilən kənd təsərrüfatı məhsullarının satışından qazanılan milyonlar kimə çatıb? Milyonlarla manatın ölkəyə qaytarılmamasına kim və ya kimlər şərait yaradıb?

Bu suallara cavab tapmaq üçün yaxın günlərdə geniş araşdırma yazı təqdim etməyə çalışacağıq.



Xəbərin oxunma sayı : 310




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap