“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır

Tarix 25.07.25, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


"Ölkədə əməkhaqqı kartlarının daha geniş banklar vasitəsilə verilməsi bank sektorunda rəqabəti gücləndirə bilər".

Bu fikirləri Yenisabah.az-a iqtisadçı Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, əvvəllər əməkhaqqı kartlarının, əsasən, bir neçə bankda cəmləşməsi müşahidə olunurdu. Lakin hazırda bu prosesin bütün banklar üzrə həyata keçirilməsi mümkün olacaq ki, bu da banklararası rəqabətə əlavə təkan verəcək.

“Digər tərəfdən, regionlarda yeni bank filiallarının açılmasına da müsbət təsir göstərəcək. Beləliklə, hər bir vətəndaşın bank xidməti ehtiyacı təmin olunacaq. İnsanlar onlara yaxın olan banklardan rahat şəkildə məvaciblərini çıxara biləcəklər”, – deyə Eyyub Kərimli vurğulayıb.

İqtisadçı əlavə edib ki, bu tendensiya bank proqramlarının inkişafını da stimullaşdıracaq: “Bankların təqdim etdiyi mobil və onlayn xidmətlərdə daha funksional və cəlbedici yeniliklər müşahidə ediləcək. Proqram təminatlarında dizayn və rahatlıq baxımından irəliləyişlər qaçılmazdır. Hətta rəqabət mühiti müəyyən depozit və bonusların tətbiqinə də yol aça bilər”.

Eyyub Kərimli hesab edir ki, texniki baxımdan bu keçid ciddi çətinlik yaratmır: “Nəticə etibarilə bu prosesdən ən çox qazanan vətəndaşlar olacaq”.

Qeyd edək ki, Azərbaycanda əmək haqlarının yalnız müəyyən banklardan alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Mərkəzi Bank bu məsələni gündəmdə saxlayır və dəyişikliklərin ilin sonunadək reallaşması mümkündür. Məsələ AMB sədri Taleh Kazımovla iqtisadçılar arasında keçirilən görüşdə də müzakirə olunub.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap