![]() |
|














İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
Tarix 25.07.25, 21:00 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 25-də davam etdirilib.
AzFakt.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs İlqar Əhmədov ifadəsində 2022-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində minaya düşərək xəsarət aldığını bildirib. Onun əlinin üç barmağı amputasiya edilib.
Mürsəl Oruclu ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Haramı düzündə yaralandığını deyib.
Zahir Zeynalov ifadəsində 2016-cı il aprelin 2-də hərbçi kimi xidmətdə olarkən Goranboyun Tapqaraqoyunlu kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı Ermənistan silahlı qüvvələri onların mövqeyini müxtəlif çaplı silahlardan və artilleriya silahlarından atəşə tuturdu.
Yaqub Məmmədov ifadəsində 1993-cü il martın 23-də Zəngilan şəhərində elektrik xətlərini düzəldən zaman Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələrinin Zəngilanı işğal etməsi nəticəsində bütün əmlakı orada qalıb.
Niyazi Abbasov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı qarşı tərəfdən atılmış mərminin artlaması nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı yanındakı iki hərbçi yoldaşının şəhid olduğunu bildirib.
N.Abbasov təqsirləndirilən şəxs Levon Mnatsakanyanın sualına cavabında həmin vaxt Ermənistan silahlı qüvvələrinin hücumlarını dəf etdiklərini deyib və əlavə edib: “Biz postumuzu müdafiə edirdik”.
Zərərçəkmiş Ələddin Xəlilovun hüquqi varisi Əlizaman Xəlilov ifadəsində oğlunun 44 günlük Vətən müharibəsi zamanı oktyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.
David Məmmədov 2020-ci il iyulun 12-də Tovuzda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib.
Vüqar Əfəndiyev 1991-ci il noyabrın 23-də Qazax rayonunda hərbi xidmətdə olarkən əsir götürülərək Ermənistanın İcevan rayonuna aparıldığını bildirib. Zərərçəkmiş şəxs İcevan daxili işlər şöbəsinin müvəqqəti saxlanma təcridxanasının kamerasında saxlanılıb. V.Əfəndiyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını bildirib. O cümlədən barmaqları sındırılıb, saqqalının tükləri kəlbətinlə çıxarılıb, avtomatın qundağı ilə və dəyənəklə döyülüb. Dekabrın 3-də təcridxanada divar daşlarını çıxararaq oradan qaçıb. Üç gün piyada yol gələrək Qazaxın Bərxudarlı kəndinə çatıb, beləliklə, əsirlikdən xilas olub.
Şamil Abdullayev ifadəsində bildirib ki, 1992-ci ilin iyul ayında Ağdərədə əsir götürülüb, 1993-cü ilin noyabr ayında azad olunub. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb və döyülüb.
Elvin Əkbərov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 6-da Cəbrayıl rayonunda qəlpə yaraları aldığını bildirib.
Zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsinə yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib. V.Vəliyev dekabrın 14-də Azərbaycana təhvil verilib.
Rövşən Hüseynov ifadəsində 1998-ci il iyunun 21-də Gədəbəy rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. 1 il 8 ay İrəvanda cəzaçəkmə müəssisəsində əsirlikdə saxlanıldıqdan sonra Azərbaycana qaytarılıb. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında işgəncələrə, qeyri-insani və qəddar rəftara məruz qaldığını, mütəmadi olaraq döyüldüyünü bildirib.
Zərərçəkmiş şəxslər - Nahid Zeynalov, Rəşmi Hümmətov, Ariz Qəhrəmanov, Əfqan Kamilov, Yunis Abdıyev, Fərhad Tağıyev, Sübhan Əlirzayev, Samir Əliyev, Hicran Sultanov, Həsən Qurbanov 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını qeyd ediblər.
Zərərçəkmiş Nəriman İbrahimov 2022-ci ildə Kəlbəcərdə, Nurlan Musayev 2022-ci ildə Laçında Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Dövran Dadaşov, Tərlan Mahmudov və Anar Mahmudov ifadələrində 2020-ci ildə Vətən müharibəsində döyüşlər zamanı yaralandıqlarını bildiriblər.
Şirvan Məmmədov ifadəsində 1992-ci il mayın 14-də Zəngilanın Vejnəli kəndində girov götürüldüyünü bildirib. Ermənistanda saxlanılıb. Ona 8 gün müddətində cəmi 3 dəfə az miqdarda yemək veriblər.
Rauf Qafarov ifadəsində 1994-cü ilin aprel ayında Füzuli rayonunda əsir götürüldüyünü, 1996-cı il mayın 10-da Azərbaycan tərəfə təhvil verildiyini bildirib. Döyülüb, işgəncələrə məruz qalıb. Əsirlikdə olduğu vaxt təxminən 25 nəfər azərbaycanlı ilə birlikdə Samvel Babayan üçün evin tikilməsi işlərinə məcburi şəkildə cəlb edilib.
Ramiz Musayev ifadəsində 1992-ci il mayın 18-də Laçın rayonunda girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, ayrı-ayrı əzalarının siqaretlərlə yandırıldığını söyləyib.
Ələkbər Ələkbərov ifadəsində bildirib ki, 1993-cü il avqustun 27-də Qubadlıda girov götürülərək Ermənistana aparılıb. Əsirlikdə olduğu vaxt daim döyülüb, qeyri-qanuni şəkildə əməyə cəlb olunub. 1995-ci ildə Azərbaycana qaytarılıb.
Abuzər Mənafov ifadəsində bildirib ki, 1994-cü il yanvarın 9-da Füzulinin Kürdmahmudlu kəndində yaralanıb və əsir götürülüb. 1996-cı il mayın 10-da azad olunub. Əsirlik müddətində Xankəndidə və Şuşa həbsxanasında saxlanılıb. Döyülüb, işgəncələrə məruz qalıb, işgəncə məqsədilə barmağı kəsilib.
Ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Əbdüləzim Məmmədov (65 gün), Adil Dəmirov (9 ay), Mehman Mirzəyev (2 il), Arif Əlləzov (4 ay), Afər Mustafayev (1 il 4 ay) ifadələrində işgəncələrə məruz qaldıqlarını, döyüldüklərini bildiriblər.
Digər zərərçəkmişlər - Rövşən Salahov, Ələmşah Həsənov, Zöhrab Heydərov da ayrı-ayrı tarixlərdə əsirlikdə olub. Əsirlik müddətində Z.Heydərovun ayağını don vurub. Zərərçəkmiş deyib ki, erməni hərbi həkim onun sol ayağının 4, sağ ayağının 2 barmağını anesteziya iynəsi vurmadan amputasiya edib. Əlavə edib ki, həmin vaxt ağrıdan huşunu itirib.
Vaqif Zülfüqarov Füzuli, Nazim Seyidov və Anar Səfərov Ağdam, Baxşeyiş Ağayev və Ədalət Ağalarov Laçın rayonundan məcburi köçkün düşdüklərini, mülklərinin həmin vaxt Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərdə qaldıqlarını bildiriblər. Laçının Oğuldərə kəndindən olan B.Ağayev bildirib ki, rayon işğal olunan zamanı qohumu, 80 yaşlı Pəri İlyasova yolda donaraq ölüb, daha bir neçə doğması isə indiyədək itkindir.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.










Xəbərin oxunma sayı : 322
Hadisə
Xəbərlər
-
Prezident onları təltif etdi - Siyahı
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? - Siyahı
-
Ağdamdakı meşə yanğını Xocavəndə çatdı - Helikopterlər havaya qalxdı
-
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
-
Ali məktəblərdə təhsil haqları artırılır? - VİDEO
-
Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO
-
Qəzzada aclıqdan ölənlərin sayı 120-ni keçdi - 80-dən çoxu uşaqdır
-
“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp
-
Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb - Sənətçi təcili təxliyə olunub
-
Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır
-
İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
-
“ABŞ Rusiya ilə əməkdaşlıq edəcək“ - Donald Tramp
-
Oleq Bakinski azadlıqda qaldı - Qalmaqallı prosesdə ağır ittihama bəraət verildi
-
Bayramov və Fidan arasında telefona danışığı - Sülh prosesi müzakirə edildi
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - Nazir konkret tapşırıqlar verdi
-
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür - Müdafiə Nazirliyi
-
“Qlisin” apteklərdə niyə yoxa çıxıb? - AÇIQLAMA
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
-
Hakan Fidanın bu görüntüləri gündəm oldu - “Konkret ünvanlara mesaj verir...“
-
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb - Tendersiz
-
Problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
-
“Meqa Sığorta“nın yığımları ilin əvvəlindən azalır - 2,3 milyonluq eniş...
-
İş adamı Rövşən Mehdiyev həbsdən buraxılıb - Dələduzluq ittiham ulunmuşdu
-
ABŞ-dən Şimali Koreyaya yeni sanksiyalar - 1 şirkət və 3 vətəndaşa maliyyə qadağası
-
Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
-
Növbəti estetik əməliyyat qurbanı - Bədəni çürüyür
-
Goranboyda dəhşətli qətl:Yeniyetmə ana və nənə öldürüldü
-
İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir - Qanun nə deyir?
-
Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
-
Daha 110 ailə azad olunmuş ərazilərə yola salındı - Fotolar
-
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? - VİDEO
-
UEFA Konfrans Liqası: “Sabah“ Moldova klubunu məğlub edib
-
Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub
-
Sabah bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb - DİM məlumat yaydı
-
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı - SƏRƏNCAM
-
Altmışdan çox zərərçəkmiş danışdı - Onlar dinlədi-Fotolar
-
Polis narkotacirlərin saxlanılması əməliyyatından görüntüləri yaydı - Video
-
12 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub - RƏSMİ
-
Sabah 39 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Kamboca-Tailand sərhədində qarşıdurma - Ölənlər var
-
“Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır” - Joze Mourinyo
-
“Zəngəzur dəhlizi iki ölkənin suveren məsələsidir” - Peskov
-
Bakıda bu bağçada qeydiyyatsız uşaq və maliyyə maxinasiyası: müdirə işdən qovuldu
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - TAM SİYAHI
-
Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
-
Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”
-
Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender
-
Gecə səkini dağıdılaraq parkinqə çevirdilər - Gündüz bərpa etdilər + FOTOLAR
-
“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq...” - Video
-
Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ
-
Bayden memuarlarının hüquqlarını satdı - 10 milyon dollara
-
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
-
Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi - Neftçalada
-
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
-
Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götürülüb - FHN
-
Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
-
Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?
-
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
-
Dövlət Agentliyi hansı ekspertlərlə “işləyir“? - 101 min manatlıq anlaşma var
-
Yevlaxda dəhşətli hadisə: Torpaq üstündə həmkəndlisini öldürdü
-
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
-
Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu - Məhkəmədən son qərar
-
Nigar Camal festivala bodidə gəldi - VİDEO
-
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - VİDEO
-
“Sun City Hotel Spa Naftalan“-da Özbəkistan vətəndaşının ölümü - FOTO
-
Çempionlar Liqası: “Qarabağ“ “Şelburn“u darmadağın etdi
-
Renka motosikletinin qiymətini açıqladı - FOTO
-
“Hayduk“la matçda qələbəyə yaxın olan tərəf idik“ - Rəşad Sadıqov
-
Firudin Qasımovun ölkədən çıxışına “stop” qoyuldu - Vergi borcuna görə
-
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib - Bəzi məsələlərdə razılaşma olub
-
Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO
-
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ
-
34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA
-
İstanbul danışıqları sülhə aparan yol ola bilər - Hakan Fidan
-
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
-
Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi
-
Balakəndə kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO
-
Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VIDEO
-
Gəncədə atışma olub - Polislə axtarışda olan şəxs arasında
-
Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır - XƏBƏRDARLIQ
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
TOP 10
ARXİV