“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bölgələrdə taksilər niyə bahalaşdı? - Açıqlama

Tarix 27.06.25, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Bölgələrdə taksi qiymətləri artıb. Tovuz sakinlərin sözlərinə görə, eyni yol üçün əvvəl 2 manat ödəyirdilərsə, indi məbləğ 5 manat olub.

Qiymətlər İsmayıllıda da bahalaşıb. Sakinlərin sözlərinə görə qiymətlər 20 faiz artıb:

"Əvvəllər bir manata gedirdik indi isə 3 manatdır". 

Bu vəziyyətdən sürücülər də razı görünmür. Belə ki, sürücülər bildirirlər ki, belə işləmək onlara da sərf eləmir: 

"Bəzən qazandığımız benzin pulunu belə ödəmir. Bu maşının benzini, xərci, təmirini qarşılamır".

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, bu artım gözlənilən idi:

"Bölgələr turistlik ərazi olduğu üçün burda taksi qiymətlərinin artması da gözlənilən idi. Taksi fəaliyyəti üçün müxtəlif tələblər var. Bu tələblərdə əsas olan keyfiyyətin artırılmasıdır. Bu da avtomatik qiymətlərə təsir edir. Amma əsas faktor hazırda tətil günlərinə, tətil ayına görədir". 

Qeyd edək ki, taksi qiymətlərinin daha da artırılması istisna edilmir. (Ölkə.az)



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap