“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? - FOTOLAR

Tarix 27.06.25, 17:02

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə yaşayış binasının qanunsuz şəkildə dəyişdirilməsindən baş memarın məlumatı yoxdurmu?

Sosial şəbəkələrdə Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binalarına aid bir sıra fotolar yayılıb.
Fotolarda aydın görünür ki, həmin binaların küçəyə baxan fasad hissəsi sökülərək, mənzilin yerində qeyri-yaşayış sahəsi – yəni obyekt yaradılıb.
Ən maraqlı məqam isə odur ki, bu dəyişiklik şəhər İcra Hakimiyyətinin cəmi bir neçə metrliyində baş verib. Lakin Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Etibar Abdullayevin bu proseslərdən xəbərsiz olduğu bildirilir. Sual yaranır: baş memar həqiqətənmi bu hadisədən xəbərsizdir, yoxsa məlumatlı olsa da, hansısa səbəbdən susur?
Yaşayış binasında bu cür ciddi dəyişikliklər hansı əsasla aparılıb?  İcra Hakimiyyətinin bir neçə addımlığında baş verən bu prosesə niyə nəzarət olunmayıb?  Baş memarın susqunluğunun səbəbi nədir?
Bütün bu suallar cavabını gözləyir.

Qeyd edək ki, Mingəçevirin hazırkı icra başçısı cənab İlham İsmayılovun şəhərdəki fəaliyyəti çərçivəsində bir çox müsbət dəyişikliklər baş verib. Lakin şəhərin mərkəzində, özü də İcra Hakimiyyətinin göz qabağında bu cür qanunsuzluqların baş verməsi görülən işlərə kölgə salır.

Şəhər əhalisi arasında yayılan söz-söhbətlərdə təəccüblə bildirilir ki, necə ola bilər ki, icra başçısının xəbəri olmadan bu cür qanunsuz dəyişikliklər həyata keçirilir? Bu kimi fikirlər bir daha göstərir ki, vətəndaşlar şəffaf və ciddi nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac duyurlar.(aranmedia)

media-735

Qeyd edək ki,2018-ci ildən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.

media-99media-98media-97media-96media-95media-94media-93








Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap