“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Metroya balta ilə girən şəxs saxlanıldı - Cinayət işi başladıldı

Tarix 05.07.22, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

AzFakt.com Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olmasının müəyyən edildiyini və saxlanıldığını bildirib.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini deyib.

Onun həmin alətlə metroya daxil olmasının nə qədər düzgün olduğu sualına gəldikdə isə, bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də, metrodan istifadə edərkən üzərlərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir.

Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.



Xəbərin oxunma sayı : 1000




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap