“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Məktəblərdə bu qidaların satışı qadağan edildi - SİYAHI

Tarix 04.03.26, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq bəzi qida məhsullarının istifadəsinə məhdudiyyətlər müəyyən edilib.

Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib.

Qadağan olunan məhsullar sırasında termiki emaldan keçməmiş ət, quş əti və balıq məhsulları, sub məhsullar və onlardan hazırlanan qidalar, vəhşi heyvan və çöl quşlarının əti, qabığı çirkli və zədələnmiş yumurta, həmçinin ev şəraitində hazırlanmış qidalar yer alır.

Bundan başqa, pasterizə olunmamış süd və süd məhsulları, palma, pambıq və raps yağları, hidrogenləşdirilmiş yağlar və marqarinlər (bəzi hallarda istisna olmaqla), fritür yağlarında qızardılmış qidalar, eləcə də sirkə, xardal, qıtıqotu, acı bibər və müxtəlif ədviyyələrin istifadəsi də qadağan olunub.

Eyni zamanda, acı souslar, ketçup və mayonez, qazlı və enerji içkiləri, qəhvə, konsentrat və ekstraksiya edilmiş meyvə şirələri, kvas, çips və oxşar qəlyanaltılar, saqqız, karamel və kremli qənnadı məhsulları da təhsil müəssisələrində satıla bilməz.

Siyahıya həmçinin göbələklər və onlardan hazırlanan məhsullar, ərik tumunun ləpəsi və araxis, quru qida konsentratlarından hazırlanmış yeməklər, tez hazırlanan qidalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylar da daxildir

Qeyd olunub ki, təhsil müəssisələrinin rəhbərləri və qida təchizatçıları müəyyən edilmiş normalara ciddi riayət etməlidirlər. Məktəblərdə qidalanmanın təşkili və məhsulların keyfiyyətinə nəzarət məqsədilə AQTA tərəfindən mütəmadi monitorinqlər keçiriləcək.

Yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

AQTA valideynlərə də müraciət edərək bildirir ki, təhsil müəssisələrinin bufetlərində qadağan olunmuş məhsullarla rastlaşdıqları halda Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat versinlər.



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap