|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mehman Əliyev nikbin deyil: Onun son təklifləri niyə susqunluqla qarşılandı?
Tarix 26.07.21, 20:00 |
|
"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev medianın mövcud durumu və çıxış yollarından bəhs edən geniş məqalə ilə çıxış edib. İyulun 17-də "Turan” agentliyinin veb versiyasında yayımlanan məqalədə jurnalistikanın sağlamlaşdırılması və "4-cü hakimiyyət”in iqtisadi cəhətdən gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Bu təkliflər reallaşacağı təqdirdə Azərbaycanın media seqmentində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş verə bilər. Bu baxımdan, Mehman Əliyevin sözügedən məqaləsi müzakirə mövzusuna çevrilməli idi. Amma nədənsə mətbuat nümayəndələri məqaləni görməzdən gəldilər. Daha doğrusu, məqalə "ev müzakirələri”nin kölgəsində qaldı.
Qaynarinfo Milli Mətbuat Gününün "toz-tozanağı" bitəndən sonra, həmin təklifləri təkrar gündəmə gətirmək məqsədi ilə Mehman Əliyevlə söhbətləşib.
- Mehman bəy, "Mətbuat öldü. Yaşasın media!” başlıqlı məqalənizdə medianın inkişafı üçün bir sıra təkliflər irəli sürmüsünüz. Bu gün medianı düşdüyü acınacaqlı durumdan çıxarmaq üçün həyatı əhəmiyyət daşıyan reklam bazarının reanimasiyasının yollarını göstərmisiniz. Məntiqlə məqalə media seqmentində ciddi müzakirələrə səbəb olmalı idi. Amma bu baş vermədi. Sizcə, səbəb nədir?
- Bunun bir neçə səbəbi var. Əvvəla, Azərbaycanda media qurumlarının əksəriyyəti bu və ya digər formada hakimiyyətə bağlıdır. Həmin media qurumları hökumət dairələrindən müxtəlif üsullarla maliyyə alır. Bu baxımdan, onlar üçün mətbuatın durumu önəmli deyil. Yəni, onların reklam bazarına, jurnalsitikanın sağlamlaşdırılmasına və s. bu kimi məsələlərə ehtiyacı yoxdur. Hər ay pulunu alır, heç iş də görmür.
- Yəni, deyirsiniz ki, hakimiyyətdən hansısa yollarla maliyyə alan media qurumları əlavə pul qazanmaq istəmir?
- Mən "ehtiyacı yoxdur” fikrini o anlamda deyirəm ki, reklam olmasa da, onların hər ay pulu gəlir. Ola bilər ki, bundan da artıq pul qazanmaq istəsinlər. Amma "yuxarılar”ın bu məsələ ilə bağlı fikrini bilməmiş heç nə danışmayacaqlar. Ev məsələsində olduğu kimi. "Yuxarı”dan dedilər belə edin, onlar da etdilər. Demək istəyirəm ki, əgər medianın inkişafı ilə bağlı təklifləri müzakirə belə, etməyə həvəs göstərməyən mətbuat nümayəndələri bir tərəfdən maliyyə cəhətdən təmin olunublar, digər tərəfdən də müstəqil fikir yürütmək imkanından məhrumdurlar. Ona görə də susurlar. "Yuxarılar” bir fikir bildirməyənə qədər susacaqlar.
- Amma ölkədə müstəqil media adına iddia edənlər də var. Məqaləniz onların da diqqətindən kənarda qaldı...
- Açığı, məqalə bir neçə saytda yayımlandı. Amma müzakirələr həqiqətən də olmayıb. Bilirsiniz, media cameəsinin əksəriyyəti hardansa nəsə alır və mənə elə gəlir ki, bu, onları qane edir.
- Mehman bəy, irəli sürdüyünüz təkliflər medianın simasını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu təkliflərin reallaşmasına nail olmaq üçün jurnalistlərin üzərinə düşən vəzifə nədir?
- Maraqlı və çətin sualdır. Baxın bu gün jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina ilə bağlı qalmaqal yaşanır. Bu məsələ ətrafındakı müzakirələr qarşıqlıqlü ittihamlarla müşayiət olunur. Anormal bir vəziyyət yaranıb.
Təsəvvür edin, birinci dəfə ev məsələsi gündəmə gələndə jurnalistlərin bir hissəsi bunun lehinə, bir hissəsi isə əleyhinə idi. İndi vəziyyət bir qədər fərqlidir. Hamı deyir ki, jurnalist hökumətdən ev almalıdır. Amma heç kim demir ki, bu düz deyil axı. Yəni, jurnalistikada baxışlar, yanaşmalar dəyişib. Biz hansı jurnalistikadan danışırıq axı?! Xəstə jurnalistikadır. Baxın, hakimiyyətdən hansısa yolla maliyyə alır, heç nə etmir, yaxud baş aldadır. Amma bahalı maşınlarda gəzir, villalarda yaşayır və s. Bu adamlar nə təklif verə bilər, medianı sağlamlaşdırmaq üçün hansı addımlar ata bilər axı?
- Yenə də müstəqil jurnalistlərin olduğunu xatırlatmaq məcburiyyətindəyəm...
- Onların da əksəriyyəti hakimiyyətə kritik yanaşanlardır. Tutaq ki, reklam bazarının formalaşdırılmasını dövlət təmin etməlidir. Hökuməti tənqid edən jurnalistlər illərdir bu barədə danışırlar, amma nəticə yoxdur. Yenə də belə olacaq.
Mən hələ 2004-cü ildə bu barədə yazmışam. Həmin vaxt çap mediası çökdürülürdü. Media reklam bazarının formalaşdırılması gündəmə gəlmişdi. O zaman Əli Həsənov deyirdi ki, biz nə edək, qəzetləri oxumurlar. Əli Həsənov çap mediasının acınacaqlı duruma düşməsinə görə qəzetləri ittiham edirdi. Əslində isə qəzetlərin çöküşü hakimiyyətin, elə Əli Həsənovun media siyasətinin nəticəsi idi. O zaman mən araşdırma apardım və Əli Həsənova sübut elədim ki, çap mediasının çöküşü heç də bacarıq və keyfiyyət məsələsi ilə bağlı deyil. Bütün bunların kökündə media ilə bağlı aparılan siyasət dayanır.
Nümunələr var. Məsələn, o vaxt "Azadlıq”, "Yeni Müsavat” və başqa qəzetlər çalışırdılar, materialların keyifyyətinə diqqət edirdilər ki, qəzet maraqlı çıxsın. Pis-yaxşı satılırdı bu qəzetlər, cüzi də olsa gəlir əldə edirdilər.
Amma sonra nə baş verdi? Bizim dartışmalarımızın sonucu olaraq Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yarandı. Biz başqa cür görürdük bu qurumu. Amma hakimiyyət siyasətini dəyişmədi. KİVDF media qurumlarını dövlətdən asılı vəziyyətə salan bir quruma çevrildi. Medianı iflic elədilər.
Yenə də deyirəm, reklam bazarının formalaşdırılmasını dövlət təmin etməlidir. Keçid dövrü olmalıdır. Sosial reklamlardan istifadə olunmalıdır. Sosial reklamlar həm də dövlətin və cəmiyyətin inkişafı üçün önəmlidir. Kommersiya şirkətləri prosesə cəlb olunmalıdır və s. Düzdür hansısa yolla qazana bilərsən. Yəni, yerli reklamla deyil, məsələn, "Google”un, "Youtube”un reklamları vasitəsilə. Amma bu da asan deyil. Bəlkə də qiymətlər artacaq, deyə bilmərəm. Bir onu bilirəm ki, indiki siyasət çərçivəsində medianı düşdüyü acınacaqlı durumdan çıxarmaq mümkün deyil.
- Güclü media dövlətə də lazımdır. İkinci Qarabağ savaşında biz Azərbaycan mediasnın necə axsadığını gördük. Sizcə, nəhayət, hakimiyyət ölkədə güclü media platformasının yaranmasına imkan verəcək?
- Hakimiyyətin yanaşması belədir ki, bir tərəfdən güclü medianın formalaşmasını istəyirlər, digər tərəfdən isə medianı nəzarətdə saxlamaq. Yəni, mahiyyəti dəyişmək istəmirlər. İqtidar düşərgəsində belə bir ziddiyətli yanaşma mövcuddur. Ona görə də çox çətin olacaq.
- Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsi üzrə prioritet istiqamətlərdə KİV-in inkişafı layihələrinin dəstəklənməsi də var. Amma Fond yaranandan bu günə qədər hansısa media qurumunun güzəştli kreditlə təmin olunması faktına rast gəlinməyib. Sizcə, artıq bu məsələni də gündəmə gətirməyin vaxtı çatıbmı?
- Bilirsiniz, bayaq dediyim kimi, əksəriyyətinin ehtiyacı yoxdur. Kredit götürən onu qaytarmalıdır. Amma qeyd etdiyim kimi əksəriyyəti müxtəkif mənbələrdən maliyyə alır və qaytarmaq kimi problemi də yoxdur. Ehtiyacı olanlara isə ümumiyyətlə vermirlər. Çünki ehtiyacı olanlar hakimiyyəti tənqid edənlərdir.
ARAYIŞ:
Mehman Əliyevin "Mətbuat öldü. Yaşasın media!” başlıqlı araşdırma məqaləsində KİV-in iqtisadi vəziyyətini qısa müddətdə dövlətin dəstəyilə yaxşılaşdırması yolları təklif olunur:
"... Söhbət reklam media bazarının reanimasiyasından gedir.
Reanimasiya yolları:
1.İctimai reklam
2. Dövlət reklamı
3.Kommersiya strukturlarının məcburi reklamı
4.QHT layihələrinə informasiya dəstəyi
İctimai (sosial) reklam bu və ya digər sahələrdə neqativ halların aradan qaldırılması istiqamətində ətraf mühit və cəmiyyətin davranışının dəyişməsinə, vəziyyətin və şəxsiyyətin sağlamlaşdırılmasına yönəlmiş qeyri-kommersiya reklamının mühüm növüdür. İnkişaf etməkdə olan yeni dövlət və millət kimi Azərbaycan şəraitində ictimai öyrədici formalaşdırıcı, həmrəyləşdirici xarakter daşımalıdır. Onun media vasitəsilə geniş və sistemli tətbiqi daxili quruculuq proseslərini gücləndirəcək, dövlət və cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinin səmərəliliyini kəskin şəkildə artıracaq. Və ictimai, dövlət və kommersiya reklamına vəsaitin ayrılmasına dövlət tərəfindən mesenantlıq kimi baxılmamalıdır. Reklama yatırılan hər bir dollar 2 və ya daha çox dollar məbləğində gəlir gətirir.
Məsələn, 2004-cü ildə Azərbaycanda sosial reklam elementlərilə təşəbbüs göstərdiyim qaz sayğaclarının tətbiqi üzrə ictimai kampaniya bu ideyanın dövlət tərəfindən gerçəkləşdirilməsinə və əhalinin qaz istehlakı üzrə göstəricilərinin üç dəfə azalmasına səbəb oldu. İctimai təşkilatların həyat keçirdiyi və KİV-lərin dəstəklədiyi iş yüz milyonlarla dollarlıq effekt verdi və sosial problemi aradan qaldırdı.
Aşağıdakı vəsaitin ayrılmasını təklif edirəm:
- ictimai mediareklama 100 milyon manat, bu, sağlam həyat tərzini, təmiz ətraf mühiti və sair təbliğ edəcək KİV-lərə yönəldiləcək.
- dövlət proqramlarının, layihələrin, qərarların reallaşması üçün bu cür proqramların, layihələrin və qərarların büdcəsinin 2 faizi həcmində dövlət mediareklamı üçün ayrılsın. Məbləğ 100-200 milyon manat civarındadır.
- QHT layihəsinin büdcəsinin 10 faizi həcmində vəsait qeyri-kommersiya reklamına ayrılsın. Məqsəd layihəyə informasiya dəstəyi, onun effektivliyinin artırılması və nəticələrinin təbliğidir. QHT-lərin layihələri adətət sosial sahə və dövlət institutlarının fəaliyyətilə bağlıdır.
- 20 faizlik mənfəət vergisinin 2 faizi kommersiya reklamına ayrılsın. Yəni, mənfəət vergisinin həcmi 18 faizədək azaldılır, qalan 2 faizin kommersiya subyektinin özünü reklamı üçün yönləndirilməsi məcburi şərtdir. 2020-ci ildə kommersiya subyektlərinin gəlirlərindən mənfəət vergisi 2,2 milyard manat təşkil edib. Həmçinin mediareklamı reklam bazarında vəziyyətin sağlamlaşdırılmasına qədər vergidən azad etmək lazımdır. Bu reklam vəsaitləri medianın iqtisadi əsaslarının möhkəmləndirilməsinə, iqtisadiyyatın artmasına, biznes subyektlərinin gəlirinin artmasına, dövlət və ictimai proqramlar və layihələrin effektiliyinin yüksəlməsinə, reklam mədəniyyətinin yaradılmasına, kommersiya reklam bazarının stimullaşdırılmasına gətirib çıxaracaq.
Eyni zamanda, KİV-ə belə dəstək mediada Azərbaycan jurnalistinin 2003-cü ildə Mətbuat Şurasının birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları ilə müəyyən edilmiş jurnalistikanın peşə-etik normalarının mediada təsdiqinə gətirib çıxarmalıdır:
Prinsip 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
Prinsip 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma
Prinsip 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı
Prinsip 4: Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması
KİV-ləri Qaydaların icrasına dəvət mexanizmi kimi onlara yuxarıda göstərilən reklam dəstəyinin verilməsindən imtina olacaq. Qaydaları pozan KİV reklam almaq hüququndan məhrum edilə bilər.
Bu iki mexanizmin - kommersiya və etik xarakterli mexanizmlərin tətbiqi nəticəsində biz kütləvi informasiya vasitələrinin sağlamlaşdırılmasına nail ola bilərik və onları keyfiyyətli, məsuliyyətli, imkanlı və müstəqil edə bilərik.
Ancaq bütün bu tədbirlər müəyyən mənada fövqəladə xarakter daşıyır. Dövlətin əsas vəzifəsi ölkə ÜDM-də kommersiya mediareklam bazarının 1 faizini təmin edə biləcək sağlam iqtisadiyyat formalaşdırmaqdır.
Mediaya reklam dəstəyi və mediareklam kommersiya bazarının sağlamlaşdırılması proqramını Medianın İnkişafı Agentliyi həyata keçirməlidir. Bu, çətin məsələdir, ancaq buna dəyər".
Xəbərin oxunma sayı : 685
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV