“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - “Mən daha çox pul qazanmaq istəyirəm”

Tarix 17.02.25, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


“Nürnberq” dünən Almaniya II Bundesliqasının 22-ci turunda “Ulm”u qəbul edib.

Mahir Emreli bu matçın iştirak ərizəsinə salınmayıb.

Ötən turda ehtiyatda qaldığına görə narazılıq etmiş Azərbaycan millisinin hücumçusu bu dəfə ümumiyyətlə matçın iştirakçıları arasında yer almayıb.

Son günlər 27 yaşlı forvardın komandadan ayrılacağı haqda xəbərlər yayılıb. Onun adı “Seul” ilə yanaşı hallanır.

Miroslav Klozenin həmyerlimizin xidmətindən istifadə etməməsi elə bununla əlaqədardır. Baş məşqçi “Ulm”la görüşdən öncə yığmamızın üzvü ilə görüşüb.

Kloze ondan planları barədə soruşub. Mahir klubunu dəyişmək niyyətində olduğunu, yayadək burada qalmaq istəmədiyini bildirib.

Cənubi Koreyadan təklif aldığını söyləyən hücumçu artıq “Nürnberq”də özünü daxilən rahat hiss etmədiyini deyib.

Hazırda Asiya ölkəsində “transfer pəncərəsi” açıqdır. Bu, martın 22-dək belə davam edəcək.

“Seul” isə Emrelinin transferini nə qədər mümkündür tez gerçəkləşdirməyə çalışır. Səbəbkarın özüylə demək olar müqavilə şərtlərində razılığa gəliblər.

Klublar arasında danışıqların da qısa sürəcəyi gözlənilir. Bəlkə də 1-2 günün içində keçidi reallaşdıracaqlar.   (sportinfo.az)



Xəbərin oxunma sayı : 1180




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap