“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

MİT-dən kritik əməliyyat - PKK lideri Suriyada öldürüldü

Tarix 02.12.24, 13:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Tel Rıfat şəhərində keçirdiyi əməliyyat nəticəsində terror təşkilatı PKK-nın sözdə Şehba bölgə rəsmisi zərərsizləşdirilib.

AzFakt.com xəbər verir ki, MİT-in axtarışda olanlar siyahısında qırmızı kateqoriyada yer alan şəxsin “Yaşar Çekik” kod adlı Yaşar Hakkari olduğu bildirilir.

Məlumata görə, 1993-cü ildə PKK-ya qoşulan Yaşar Hakkari Abdullah Öcalanın yanında təlim keçib. Aldığı təlimdən sonra PKK/HPG-nin Şırnak üzrə sözdə məsul şəxsi olub. 2005-2006-cı illərdə İraqda PKK/HPG, 2007-2010-cu illərdə Hakkaridə və 2010-cu ildən İraqın şimalında PKK/HPG daxilində sözdə məsul səviyyədə fəaliyyət göstərib. 2015-2016-cı illərdə Suriyada Ş.Arin dəstəsi briqadasının sözdə baş rəhbəri kimi fəaliyyətini davam etdirib. 2017-ci ildə Suriyadan İraqa köçən Yaşar Şimali İraqda PKK Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib. İraqın Qare şəhərində təşkilat üzvlərinə hərbi, siyasi və ideoloji təlimlər keçib.

O, MİT tərəfindən zərərsizləşdirilən və PKK idarəçiliyində olan “Sofi Nurettin” kod adlı El Muhammedinən yaxın dostu olub və türk hərbçilərinə qarşı təşkil olunan bir sıra terror fəaliyyətlərinə rəhbərlik edib.



Xəbərin oxunma sayı : 679




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap