“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? - AÇIQLAMA

Tarix 09.05.24, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsa da yüksək deyil, cari vəziyyətə uyğundur. Mənzil bazarında yüksək qiymət artımı ilə bağlı bəzən yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, yüksək qiymət artımı ilin əvvəlində qeydə alınmışdı.

"2024-cü ilin yanvar ayında ipoteka kreditlərinin verilməsindən sonra bazara kütləvi sürətdə alıcı cəlb olundu. Alıcıların cəlb olunması təbii ki, qiymətlərə də təsir elədi. Bu qiymət artımı yalnız ipoteka predmentinə çevrilə bilən əmlaklara şamil olundu. Bu hal fevral-mart aylarında baş verdi və ondan sonra qiymətlər sabitləşdi. Ancaq hazırda bazarda vəziyyət sabitdir. Doğrudur, qiymət artan xətt üzrə gedir, lakin az formada artır”, - deyə ekspert bildirib.

E.Fərzəliyev vurğulayıb ki, hazırda artım sadəcə həyət evlərində müşahidə olunur.

"Həyət evlərinə tələb olduğu üçün qiymət artımına gətirib çıxarır. Bu da mövüsmi xarakter daşıyır və hər il bu hal müşahidə olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət artımı da olacaq”, - deyə qeyd edib.

Ekspert deyib ki, növbəti il ipoteka kreditləri verilən zaman yenə qiymət artımının olacağı ehtimal edilir.

"Bu hal hər il müşahidə olunur, ipoteka kreditləri verilən zaman bazarda aktivlik artır və bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”, - deyə o əlavə edib.



Xəbərin oxunma sayı : 913




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap