Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN

Tarix 18.05.24, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb.

AzFakt.com xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əks olunub.

“80 il əvvəl, bu gün yüz minlərlə Krım tatarı ana vətənlərindən zorla çıxarılaraq müxtəlif ölkələrə sürgün edilib, qeyri-insani davranışlara məruz qalıblar. Nəticədə aralarında yaşlı, uşaq və qadın olmaqla xeyli sayda insan həyatını itirib. Krımın qeyri-qanuni ilhaqı isə yeni kədərlərə səbəb olub”.

Qeyd olunub ki, Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq: “Çərkəz sürgünü” Türkiyənin kədərlə xatırladığı bir başqa faciədir. Bundan 160 il əvvəl mayın 21-də Qafqaz xalqları çox ağır şərtlərlə ana vətənlərini tərk etməyə məcbur qaldılar, çox sayda insan həyatını itirdi. Krım tatarlarının və Qafqazın qardaş xalqlarının kədərlərini paylaşır və xatirələrini hörmətlə anırıq”.




Xəbərin oxunma sayı : 808




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap