“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hakimliyə yeni seçim qaydaları təsdiqlənib: Dəyişikliklər necə tənzimlənəcək?

Tarix 15.08.25, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi 2024-cü il 7 noyabr tarixində "Məhkəmələr və hakimlər haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən hakimliyə namizədlərin seçim prosesinin sayı 4-dən 3-ə endirilib.

AzFakt.com xəbər verir ki, edilmiş dəyişikliyə əsasən namizədlərin seçimi test imtahanı, yazılı imtahan və müsahibə əsasında aparılacaq.

Yeni qaydalara əsasən, test tapşırıqlarının 90-ı namizədin müvafiq qanunvericilik sahələri üzrə biliklərini, 10-u isə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən etmək məqsədi daşıyır.

Həmçinin yazılı imtahan mərhələsində hər bir sahə üzrə kazusun cavabı ən çoxu 100 bal ilə qiymətləndirilir. Namizədin həm cinayət hüquqi, həm də mülki hüquqi sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək, yekun bal müəyyən edilir.

Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahandan keçmiş hesab edilir, bu şərtlə ki, onun hər sahə üzrə ayrı-ayrılıqda topladığı ballar 40-dan az olmasın.

Yeni dəyişikliklərə əsasən, namizəd şəxsiyyət vəsiqəsinin sürətini Elektron Hökumət İnformasiya Sistemi üzərindən, əmək müqavilələrinə dair çıxarışı isə (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş, eləcə də 2014-cü il iyulun 1-dək əmək müqavilələrinə xitam verilmiş şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemindən əldə etməklə təqdim edəcək.

"Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları"na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/60373 keçidi vasitəsilə tanış olmaq mümkündür.



Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap