“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ən çox bu bölgələrin müəllimləri sertifikasiyadan kəsilib - STATİSTİKA

Tarix 14.08.25, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


"Müəllim kəsilib" bu ifadə bir zamanlar yalnız şagirdlər üçün işlədilirdi. İndi isə vəziyyət dəyişib. Artıq müəllimlər də imtahan verir, nəticələr isə bəzən gözlənildiyindən də sərt olur.

Bu il bəzi rayonlarda onlarla müəllim sertifikasiya imtahanından keçə bilməyib. Statistikalar göstərir ki, imtahanda minimal keçid balını toplaya bilməyənlərin sayı heç də az deyil.

Ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak etdi. Onların arasında imtahana girməyən, nəticəsi ləğv olunan və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərin müqaviləsinə isə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildi.

AzEdu.az ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilmiş təkrar sertifikasiya imtahanında nəticəsi uğursuz olan və bu səbəbdən ən çox əmək müqaviləsinə xitam verilən müəllimlərin bölgələr üzrə siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

Ağdam 94

Lənkəran 89

Gəncə 69

Sabirabad 68

Kəlbəcər 55

Abşeron 54

Zaqatala 52

Şəmkir 50

Tovuz 50

Göyçay 34

Salyan 34

Şamaxı 25

Quba 25

Əldə olunan rəqəmlər göstərir ki, sertifikasiya imtahanından kəsilərək əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı kifayət qədər çoxdur. Bu, müəllimlərimizin öz vəzifə borcunu yetərincə yerinə yetirmədiyini, bilik və bacarıqlarını vaxtında yeniləmədiklərini açıq şəkildə ortaya qoyur. Belə müəllimlərin təhsil sistemində qalması şagirdlərin gələcəyinə birbaşa zərbə vurur və ölkənin təhsil keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Bu, həm də onların təhsil sahəsindəki peşəkar standartlara və tələb olunan səviyyəyə cavab vermədiyini göstərir. Müəllim peşəsi yüksək məsuliyyət və davamlı özünüinkişaf tələb edir. Uğursuzluğu qəbul etmək və təkmilləşməyə meyl göstərməmək bir müəllim üçün qəbuledilməzdir.

Sertifikasiya imtahanlarında kəsilən müəllimlərin sayı ciddi xəbərdarlıqdır. Bu peşədə yalnız ən hazırlıqlı və məsuliyyətli şəxslər qalmalıdır.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap