Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Generalın həbsdəki qardaşı ilə bağlı yeni qərar - Cəzası ağırlaşdırıldı

Tarix 21.01.22, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb. Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.

Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Bunun ardınca Vətən Müharibəsinə qoşularaq strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.//qafqazinfo.az



Xəbərin oxunma sayı : 964




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap