“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - “Unisell“ə bağlı müəmma

Tarix 17.01.25, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi kompüter və kompüter avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Unisell" şirkəti seçilib. Qurum şirkətdən 247 985,26 manatlıq kompüter və kompüter avadanlığı almağı planlaşdırır. 

"Unisell" şirkəti 2019-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər, ev 1, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Elnur Ağamalı oğludur. Elnur Qasımov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

"Unisell"ə gəlincə, şirkət İT avadanlıqları, elektronika mallarının satışı ilə məşğuldur. Şirkətin bu tenderdə qalib elan edilməsi maraqlıdır. Çünki "Unisell"in adı etibarsız təchizatçılar siyahısına salınıb. Şirkət 16 yanvar 2025-ci ildən 16 yanvar 2026-cı ilədək dövlət satınalmalarında iştirak edə bilməz. Bu qadağadan sonra şirkətin tenderdə qalib elan edilməsi maraqlıdır. 

Onu da qeyd edək ki, etibarsız təchizatçı elan edilən "Unisell" şirkəti ötən il 37 tenderin qalibi seçilib.



Xəbərin oxunma sayı : 1054




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap