“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Deputatın şirkəti 5,6 milyonluq tenderi uddu - Bu materiallarının satın alınması ilə bağlı...

Tarix 05.11.24, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyənin Təminatı Mərkəzi xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan tibbi ləvazimatlar və sərfiyyat materiallarının satın alınması ilə bağlı tenderə yekun vurub.

AzFakt.com-un "qaynarinfo"-ya istinadə verdiyi məlumata görə, tenderin qalibi "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Mərkəzlə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 673 216,04 manat təşkil edir.

"Avromed Company" QSC tibb sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərov "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildə isə "Avromed Company" QSC-nin baş direktoru təyin edilib.

"Avromed Company" QSC 2016-cı ilədək MMC kimi fəaliyyət göstərib. 2016-cı ildə şirkətin təşkilati hüquqi forması dəyişib.

Bundan başqa, 2011-ci ilədək şirkətin qanuni təmsilçisi Feyziyev Cavanşir Əyyub oğlu olub. Cavanşir Feyizyev deputatdır. Onun deputatlıq karyerası 2015-ci ildən başlayır. Cavanşir Feyziyev parlamentdə 115 saylı Şəki qəsəbə ikinci seçki dairəsini təmsil edir.

Cavanşir Feyziyevlə bağlı bioqrafik məlumatlarda isə onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

2015-ci ildən 2020-ci ilədək isə şirkəti Baxşıyeva Əzizə Cavanşir qızı təmsil edib. Əzizə Baxşıyeva Cavanşir Feyziyevin qızıdır. Bütün bunlar şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialara səbəb olub.

2020-ci ildə isə "Avromed Company" QSC-nin yaydığı açıqlamada bildirilir ki, Cavanşir Feyziyev 2016-cı ildə isə səhmlərini satıb. Lakin deputatın qızı Əzizə Baxşıyevanın 2020-ci ilədək şirkətin qanuni təmsilçisi olması şirkətin açıqlamasına şübhə ilə yanaşmağa əsas verir.

Azərbaycan qanunvericiliyi deputatların bizneslə məşğul olmasını qadağan edir. Bu baxımdan, biznesmen deputatlar adətən şirkətlərini ayrı-ayrı adamlarını adına rəsmiləşdirir. 



Xəbərin oxunma sayı : 1069




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap