“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO

Tarix 22.01.25, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Hər kəs rahat və etibarlı avtomobilə sahib olmaq istəyir. Nağd ala bilməyəndə geriyə iki seçim qalır.

Lizinq və ya daxili kredit. Bəs hansı daha sərfəlidir və bu üsullarla avtomobil alarkən nələrə diqqət etmək lazımdır?

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, avtomobil bazarları üzrə qiymətləndirici Sərxan Qədirovun sözlərinə görə, rəsmi gəliri və yaxşı kredit tarixçəsi olan şəxslər bank kreditlərinə, rəsmi gəliri olmayan və kredit tarixçəsi zəif olanlar isə lizinq xidmətlərinə müraciət edirlər. Hər bir variantın özünə məxsus üstünlükləri və çatışmazlıqları var.

Sərxan Qədirov deyir ki, lizinq yolu ilə avtomobil alarkən əlavə xərclər yaranır. Bunlara avtomobilin üzərinə bağlanan P və ya A ilə başlayan nömrələr, qeydiyyat nişanları, kasko sığortası və bank xərcləri daxildir. Bu xərclər ümumilikdə təqribən 1800-3000 manat arasında dəyişir. Daxili kreditdə isə qeydiyyat və müqavilə ödənişləri yalnız 500-600 manata başa gəlir.

Kreditdən fərqli olaraq lizinqdə ödənişlər gecikdiyi və ya edilmədiyi halda avtomobil müsadirə oluna bilər. Kreditin ilkin ödənişi yüksək olsa da, lizinqdə əlavə xərclər daha çox olur. Ancaq ümumi rəqəmlərə nəzər salsaq, daxili kredit cüzi fərqlə daha münasib seçim kimi görünür.

Daha ətraflı videomaterialı təqdim edirik.






Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap