![]() |
|














Bu gün Azərbaycan qazı Suriyaya çatır - Kilisdə tarixi hadisə!
Tarix 02.08.25, 11:37 |
|

Bu gün Türkiyənin Kilis şəhərində tarixi hadisə baş verəcək - ilk dəfə Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına start veriləcək. Bununla təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə açılacaq.
“Mavi yanacağ”ın ixracını şaxələndirən yol
İki ölkə arasında enerji diplomatiyasının əsası bu il aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. İyulun 12-də isə Suriya Prezidenti Azərbaycana səfər edib. Bu zaman iqtisadi, xüsusilə enerji sahəsində tərəfdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Belə ki, Azərbaycan lideri suriyalı həmkarı ilə görüşdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyini vurğulayıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib. Azərbaycanın Suriyanın enerji sektorunun bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
İki ölkə liderlərinin görüşündən sonra İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli təmsilçiləri Suriyada səfərdə olub, ölkənin münaqişədən sonrakı bərpasına Azərbaycanın necə dəstək göstərə biləcəklərini öyrəniblər. Bu məqamda onu da qeyd edək ki, qaz ixracı iki ölkə arasında etimadın göstəricisinə və Azərbaycanın regional fəallığının yeni mərhələsinə çevrilir.
Yeni bazar, yeni strateji xətt
Hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. İndiyə qədər Azərbaycan 12 ölkəyə “mavi yanacaq” tədarük edib. Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkənin xarici ölkələrə təbii qaz tədarükü 25,77 milyard kubmetr təşkil edib. Bunun 9,81 milyard kubmetri Türkiyənin, 9,8 milyard kubmetri İtaliyanın, 3,27 milyard kubmetri isə Gürcüstanın payına düşüb. Bundan əlavə, Bolqarıstana 1,9 milyard kubmetr, Yunanıstana 927 milyon kubmetr qaz tədarük olunub.
Lakin Azərbaycan qaz tədarükü coğrafiyasında “qoca qitə” ilə kifayətlənmək niyyət deyil. Perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionu da nəzərdən keçirilir. Türkiyə vasitəsilə Suriyaya ixrac isə Azərbaycanın təbii qaz tədarükünün coğrafi baxımdan şaxələndirilməsində yeni istiqamət sayılır.
Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib ki, ölkəsi avqustun 2-dən Azərbaycandan gündəlik 3,4 milyon kubmetr qaz alacaq. Bununla isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Azərbaycan “mavi yanacağ”ı bu ölkənin elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq. Bu da Suriyanın gələcək iqtisadi bərpasının təminatıdır.
Əlbəttə ki, bu həcmlər Suriyanın enerji infrastrukturunun yenidən qurulmasına, əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına birbaşa təsir göstərəcək. Son dövrlərdə müxtəlif münaqişələrdən ciddi zərər görmüş Suriya enerji baxımından ciddi çətinliklər yaşayır. Elektrik stansiyalarının bir çoxu fəaliyyət göstərmir, enerji istehsalının həcmi minimum səviyyəyə düşüb. Bu səbəbdən ölkə əhalisi və sənaye müəssisələri lazımi qədər elektrik enerjisi ilə təmin olunmur. Hazırda Suriyanın bəzi regionlarında elektrik enerjisi gün ərzində cəmi 3-4 saat ərzində verilir.
Odur ki, Azərbaycan qazı istiqamətdə problemi aradan qaldırmaqla yanaşı, Suriya üçün həm istehlak, həm də tranzit imkanları yaradır. Belə ki, Suriya ərazisindən keçən, lakin hazırda qismən dağılmış qaz infrastrukturu – məsələn, Suriyanı İordaniya ilə birləşdirən kəmər – bərpa olunacağı halda, Azərbaycan qazının hətta Misirə qədər tədarükü mümkündür.
Azərbaycanın mövqeyi güclənir
Azərbaycanın enerji strategiyası Avropa bazarları ilə yanaşı, Yaxın Şərqə də inteqrasiya olunmaqla fərqli istiqamətləri əhatə edir. Bu siyasət Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış yanaşmasının tərkib hissəsidir. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir.
Ölkənin qaz ixracı üzrə ümumi strateji məqsədi 2027-ci ilədək illik 20 milyard kubmetrdən çox ixraca nail olmaqdır. BP və digər tərəfdaşlar “Şahdəniz” yatağında əlavə qazma işləri ilə bu məqsədə dəstək verməyə hazırlaşırlar. Bu hədəfə çatmaq üçün həm texniki, həm də siyasi baxımdan yeni bazarların açılması vacib amildir.
Beləliklə, Azərbaycanın Suriyaya qaz ixracı yalnız iqtisadi addım deyil. Bu, həm də regionda siyasi etimadın və sabitliyin dəstəklənməsinə yönəlmiş strateji aktdır. Bakı Suriyanın bərpa və inkişafına töhfə verməklə yanaşı, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır.
Bundan başqa, Azərbaycanın elektrik enerjisi istehsal potensialı da yeni ixrac istiqamətləri üçün imkanlar açır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.
Bir sözlə, Azərbaycan qazının Suriyaya ixracı ilə Bakı regionda enerji diplomatiyasının güclü iştirakçısı olduğunu bir daha təsdiqləyir. Bu layihə Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, Yaxın Şərqdə iqtisadi əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə dəstək verir. Azərbaycan təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir. (Report)
Xəbərin oxunma sayı : 478
İqtisadiyyat
Xəbərlər
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
-
“28 Mall“da qadının çantası oğurlandı: İki aylıq həbs edildi
-
“Mənim həyətimdən boru keçirmək istəyirlər” - Naxçıvanda özbaşınalıq
-
Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
-
İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar
-
Elçin Əfəndiyev atasının yanında dəfn olundu - Fotolar
-
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI
-
İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
-
Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
-
“Putin Zelenski ilə görüşməyə hazırdır“ - Kreml
-
Mariyadasan Somsundaram hava limanında tutuldu - Saxta pasportla Bakıya necə gəlmişdi?
-
“Bakı Metropoliteni“ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
-
İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi
-
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
-
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - Siyahı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əliyev və Paşinyan Ağ Evdə! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
-
Deputatlığa keçmiş namizəd tutuldu - Narkotik ittihamı ilə
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - MƏBLƏĞ
-
“Uğur Ocağı“ restoranından şikayət - Səsdən evdə oturmaq mümkün deyil
-
Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Azərbaycan güclü zəlzələ mümkündürmü? - AÇIQLAMA
-
İbtidai təhsilin beş il olması təklif edilir - Məktəb modeli dəyişəcək?
-
Mir Şahinin qəzəbli yazısı - “Kreml çaşıb“
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
ABŞ-ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
-
MİQ-də olan vakant yerlərlərlə bağlı növbəti şikayət - VİDEO
-
Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir? - VİDEO
-
Azərbaycanda 100-lərlə hektar ərazi bu səbəbdən becərilmir - VİDEO
-
Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? -Başdansovdu işlər, silinən pullar...
-
Tərtərdə silahlı insident: Atəş açan şəxs həbs edildi
-
“Sea Breeze”də açılacaq kazinolarda yaş məhdudiyyəti - VİDEO
-
Bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA
-
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
-
Masazırda ana qızına işgəncə verib? - DİN-dən AÇIQLAMA
-
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? - Siyahı
-
Xırdalanın mərkəzi parkında olan yüzlərlə şam ağacını kəsiblər? - VİDEO
-
Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar
-
Su borcu olanların nəzərinə: Hissə-hissə ödəmək mümkün olacaq
-
Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir - Məktəblərin siyahısı və qiymətlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Buzovnada 20 yaşlı qadın itkin düşüb - DİN-dən açıqlama
-
Fransız müstəmləkəçiliyinin mirası:Tailand və Kamboca arasında münaqişə
-
Polis çimərliklərdə 87 uşağı taparaq valideyninə təhvil verib - RƏSMİ
-
Dövlət qulluqçularına döymə qadağandır? - Hüquqi izah
-
Azərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri
-
Ukraynada korrupsiya qalmaqalı: Zelenski onları vəzifədən qovdu
-
“Azərbaycan qazı Suriyaya ümid verir` - “Haber Global”
-
Özümdən razıyam, çoxunda olmayan məndə var - Əməkdar artist
-
Yüksək təzyiqin ən təhlükəli əlamətləri açıqlandı - Mütəxəssislərdən xəbərdarlıq
-
Azərbaycanda faşizm üzərində qələbə abidəsi satılıb? - İDDİA
-
Sumqayıtda yaşayış binasında yanğın, xəsarət alan var - Video
-
İsti hava şəraiti avqustun 8-dək davam edəcək - XƏBƏRDARLIQ
-
“Susuzluqdan qırılırıq...“ - Yayda Bakı kəndlərində bəzi ərazilər səhraya dönür
-
Azərbaycanın nəhəng metallurgiya şirkəti batır: 4 milyon 500 min borc
-
Bakıda və Abşeronda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Nəsrin Cavadzadə transparan libasda səhrada - FOTOLAR
-
Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır? - ARAŞDIRMA
-
Rusiya “Oreşnik”in kütləvi istehsalına başladı - Putin
-
Etibarnamə ilə avtomobil alanlara xəbərdarlıq - Problemlə üzləşə bilərsiniz
-
Narkotiklər bibərin altında imiş... - Rusiyaya aparılırdı, saxlanıldı
-
Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb
-
Bakıda 40, Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
-
Putin hələ də ciddi danışıqlara hazır deyil - Böyük Britaniyanın xarici işlər naziri
-
DİM bu gün test imtahanı keçirəcək - Musiqi ədəbiyyatı fənni üzrə
-
Kredit kartlarına limit qoyulur - Yeni mexanizm nəyi dəyişəcək?
-
Hövsanda yay başlayandan su qıtlığı hökm sürür - VİDEO
-
Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO
-
Sabunçuda binanın zirzəmisini mazut basdı - ŞİKAYƏT/ VİDEO
-
“Hesabatlarımızı demək olar ki, heç kim oxumur” - Quterreş
-
Türkiyədə prezident seçkiləri 2027-ci ildə keçirilə bilər - Nazir
-
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb - Moskvada
-
“İsrail işğalı davam etdikcə silahı yerə qoymayacağıq” - HƏMAS
-
“Müharibənin bitməsinin 4 ssenarisi var” – “NATO parçalana bilər”
-
Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edildi - Sabirabadda
-
41 dərəcə isti olacaq - Sabahın havası
-
“Qəzzada hərbi əməliyyatların tam dayandırılmasına nail olmaq lazımdır“ - Uitkoff
-
Azərbaycan Suriyaya qaz nəqlinə start verdi - Fotolar
-
Bu gün Azərbaycan qazı Suriyaya çatır - Kilisdə tarixi hadisə!
-
“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır” - Tramp
-
Putin bütün Ukraynanı ələ keçirməyə çalışmaq istəyir - Tramp
-
Kredit kartlarına yeni limit: Bazar və istehlakçı necə təsirlənəcək?
-
MİQ-də olan vakant yerlər gizlədilir? - VİDEO
-
Tonlarla pomidor məhv oldu - Fermerlər ziyanda... VİDEO
-
“Qəzzada keçən əsrin ən amansız soyqırımı baş verir” - Ərdoğan
-
“Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib“ - Tramp
TOP 10
ARXİV