“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanın nəhəng metallurgiya şirkəti batır: 4 milyon 500 min borc

Tarix 03.08.25, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda metallurgiya sənayesi üzrə ixtisaslaşmış, metal külçə və armatur istehsalı ilə məşğul olan böyük şirkətlərdən biri - “Milan-A” MMC-nin külli miqdarda borcu yaranıb.

Musavat.com xəbər verir ki, MMC-nin 2 milyon 500 min manat kredit borcu, 2 milyon manata yaxın isə vergi borcu yaranıb.

Şirkət “Pasha Bank”dan götürdüyü 3 milyon manatdan çox kredit borcunun 2 milyon 500 min manatını ödəməyib. Buna görə də bank tərəfindən məhkəməyə verilib.

Bundan başqa, “Milan-A” MMC vergiyə də külli miqdarda borclanıb. Şirkətin hazırda vergiyə 1 milyon 980 min manat borcu var.

Qanuni təmsilçisi Hüseynov Abdulla Qaybəli oğlu olan şirkətin 60 min manata yaxın əmlakı siyahıya alınıb. Vergilər Nazirliyi tərəfindən həmin əmlakların satılaraq vergi borcuna yönləndirilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət edilib.

Qeyd edək ki, şirkət yarandığı gündən 70 milyon manata yaxın dövriyyəsi olub. 210 nəfərdən çox işçisi olan, aylıq 250 min manata yaxın əmək haqqı ödəyən şirkət maliyyə böhranı yaşayır.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap