“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır” - Tramp

Tarix 02.08.25, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.

Bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev – red.) nüvə silahı haqqında danışmağa başladı və söhbət nüvə silahından gedirsə, biz hazır olmalıyıq. Və biz tama hazırıq", - Ağ Evin rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair göstəriş verib. O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.

Xatırladaq ki, Tramp və Medvedev arasında onlayn müzakirə iyulun 28-də Təhlükəsizlik Şurası sədrinin müavininin “Tramp Rusiya ilə ultimatum oyunu oynayır və hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır” sözlərindən sonra başlayıb. İyulun 31-də Tramp Medvedevə sözlərinə diqqət etməyi tövsiyə edərək, onun çox təhlükəli əraziyə girdiyini qeyd edib.



Xəbərin oxunma sayı : 433




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap