“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Binəqədidə yolun qazılması sakinlərə çətinlik yaradır - VİDEO

Tarix 20.09.25, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonu, Arif Hüseynov küçəsində sakinlərin gündəlik həyatı çətinləşib.

Xezerxeber.az-ın məlumatına görə, təxminən iki həftə öncə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidə şirin su borusunun partlaması ilə bağlı 2 binanın həyətində qazıntı işləri aparıb.

Lakin qazılan yol bərpa olunmadan saxlanıb. Asfalt sökülüb, ortada çuxurlar qalıb. Yağışlı havadan sonra isə palçıq və su gölməçələri yaranıb.

Ən çox problemlə üzləşənlər sürücülərdir. Çünki yaranan palçıq səbəbindən avtomobillərlə həyətdən çıxmaqda çətinlik çəkirlər. Hətta bəzi sürücülər maşınlarını günlərlə evlərinin qarşısından tərpədə bilmirlər.

Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda işlər bitib, asfalt döşənməsinə məsul olan quruma müraciət olunub. Yağışlı hava bitdikdən sonra ərazinin əvvəlki vəziyyətə qaytarılması işləri həyata keçiriləcək.





Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap