“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Aeroportdan şəhərə taksi qiymətləri iki dəfə bahalaşıb? - VİDEO

Tarix 18.09.25, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı aeroportdan metronun “20 Yanvar” stansiyasına taksi qiyməti 29 manat, “Əhmədli” stansiyasına isə 25 manatdır.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Taksi Xidməti Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni terminal quraşdırıb. Yeni sistemdə aeroportdan şəhər mərkəzinə və məşhur hotellərə gedən marşrutlar üçün standart qiymətlər də müəyyənləşdirilib.

Standart qiymətlərin əks olunduğu siyahıda 2 metrostansiya və 20-yə yaxın hotelin adı qeyd edilib. Vətəndaşlar isə bildirirlər ki, aeroport ərazisini tərk edən şəxslərin heç də hamısı hotellərin yerləşdiyi ünvanlara getmirlər. Metrolara təyin olunan tariflər isə onların büdcələrinə uyğun deyil.

Taksi sürücüləri isə bildirirlər ki, əvvəllər hava limanı ərazisindən şəhər istiqamətinə aeroport taksiləri ilə müqayisədə 2 dəfə aşağı qiymətlərlə sərnişin daşıyıblar.

Bakı Taksi Xidmətindən isə bildirilib ki, hava limanında fəaliyyət göstərən şirkət ölkəyə gələn qonaqlara və vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib. Eyni zamanda, hava limanının sərnişin gözləmə zalındakı müştəri xidməti köşkündə elektron tablo quraşdırılıb. Müştərilər köşkdə müxtəlif ünvan və obyektlərə gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirərək, elə yerindəcə terminallarla ödəniş edə bilirlər.





Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap