“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda vətəndaşın haqqını ödədiyi üç mənzil başqalarına satılıb - “Evrostroy-S.S” MMC-dən şikayət

Tarix 06.06.23, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda vətəndaş tam ödəniş edərək aldığı üç mənzilin şirkət rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edir.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Allahverən Ağayev həmin mənzillərin şirkət rəhbərliyi tərəfindən başqalarına satıldığını qeyd edib:

“Evrostroy-S.S” MMC (“Sipark”) şirkətinin rəhbəri Taleh Abbasov və şəriki Seymur İsayevdən 2018-ci ildə mənzil aldım. Onu təmir etmək istədikdə məlum oldu ki, mənzil başqasına satılıb. Lakin rəhbərlik satmadığını iddia edir. Üstəlik, mənzil alarkən bağlanan müqavilə sənədlərinin saxta olduğunu bildirir. Halbuki, o sənədləri özü verib. Həmin şirkətin rəhbərindən başqa şikayətlər də var.

Mənzilin birini 19 mart 2018-ci ildə yoldaşım Nərmin Ağayevanın adına almışam. Nərimanov rayonu, Mövsüm Sənani küçəsindəki “Sipark” yaşayış kompleksində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, dördüncü mərtəbəsində ümumi sahəsi 313 kvadratmetr olan beşotaqlı, 209 saylı mənzili aldım. Tam müqavilə ilə aldım. Həmin mənzili 2023-cü ilin əvvəllərində təmir etmək üçün yaxınlaşanda şirkət əməkdaşları mən oraya buraxmayıb, başqasına satıldığını dedilər”.

A.Ağayev həmin şirkətdən aldığı daha iki mənzil ilə bağlı bir il öncə şikayət verdiyini qeyd edib:

“23 yanvar 2019-cu ildə Nəriman rayonu, Təbriz, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, altıncı mərtəbəsində 93,75 kvadratmetr sahəsi olan 203 saylı mənzili öz adıma aldım. Daha sonra həmin ilin aprel ayının 2-də eyni binanın “D” girişi, beşinci mərtəbəsində 93,75 kvadratmetr ümumi sahəsi olan 199 saylı mənzili öz adıma aldım.

Bir il öncə bu mənzillərin başqasına satılması ilə bağlı məlumat aldım. Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdim. Bizim şikayətimizə baxılmır. Müqavilə əlimdədir, amma heç nə edə bilmirəm”.

Şikayətçi şirkətin əməkdaşlarının mənzil alarkən bağlanılan müqavilə sənədlərinin saxta olduğunu bildirdiklərini söyləyib:

“Bizi mənzillərə buraxmırlar. Taleh Abbasov özü deyir ki, “mənzillər satılmayıb”. Lakin sənədlər saxtadır. Öz verdiyi sənədləri saxta adlandırır. Yəqin, özü saxtalaşdırıb. Haqq-ədalətin bərpa olunmasını istəyirəm”.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, məsələ araşdırılaraq məlumat veriləcək.

“Sipark” şirkətindən isə Oxu.Az-a bildirilib ki, şikayətçi Allahverən Ağayevin iddiası əsassızdır:

“Şirkətimiz sözügedən şəxsi məhkəməyə verib. Onun vəkili Vasif İsrafilovdan isə Vəkillər Kollegiyasına şikayət edib”.





Xəbərin oxunma sayı : 265




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap