![]() |
|














Bakıda nişanı qayıdan qız damarlarını doğradı, qardaşı isə... – Şok təfərrüat
Tarix 08.10.23, 22:29 |
|

Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Elcan bacısının nişanlısı Həşimə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 5-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Elcan qəsəbədə yerləşən yanacaqdoldurma məntəqəsinin yanında bacısı Xatirə ilə nişanlı olan Həşimin nişanı qaytararaq, bacısı ilə evlənməkdən imtina etməsindən özünü və ailə üzvülərini açaldılmış, habelə Həşimin onun ünvanına "nakişi", "qeyrətsiz" və "cəsarətsiz" kimi şəxsiyyətini təhqiredici sözlər deməsindən özünü təhqir edilmiş hesab edib.
Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Elcan üzərində gəzdirdiyi bıçaq ilə Həşimin sol döş nahiyəsinə vuraraq ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
"El adəti ilə nişan keçirildi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası Mahirə, bacısı Xatirə, həyat yoldaşı Sevil və 2 azyaşlı övladları ilə birlikdə Maştağa qəsəbəsində fərdi evdə yaşayır: "Özüm Qaradağ rayonu ərazisindəki müxtəlif daş karxanalarında fəhlə işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Zərərçəkmiş Həşimi təxminən 6 ildir ki, tanıyıram. Həşim ailəsi ilə birlikdə əvvəllər bizimlə qonşuluqda yaşayıb. Münasibətlərimiz həmişə yaxşı olub. Lakin 2 il bundan əvvəl Həşim və ailəsi həmin ərazidə bizim küçədən 2 küçə arxada ev alaraq orada yaşamağa başladılar. Təxminən 5 il bundan əvvəl Həşimin anası bir neçə dəfə onun üçün Xatirəyə elçi gəldi. Biz rədd cavabı versək də, təxminən 2 il bundan əvvəl növbəti dəfə elçi gələndə razılıq verdik. El adəti ilə nişan keçirildi, Xatirənin barmağına nişan üzüyü taxdılar".
"Xahiş etdik ki, bizi rüsvay etməsinlər"
Təqsirləndirilən şəxs qeyd edib ki, beləliklə, Xatirə ilə Həşim 2 il nişanlı olublar: "Həşimin 36 yaşı, Xatirənin isə 30 yaşı vardı. Həşimin və bizim qohumlarımız, habelə bizi tanıyanlar, bizim yaşadığımiz ərazidəki sakinlər Xatirə ilə Həşimin nişanlı olduqlarını bildilər. Mütəmadi olaraq Həşim bizim evimizə gəlib. Xatirə ilə birlikdə gəzməyə və başqa yerlərə gedib. Lakin təxminən hadisədən 6 ay əvvəl Xatirə Həşimin anası Baharın haradasa oğlu üçün ondan yaşca kiçik qız almaq istədiyini dediyini bildi. Bahar növbəti dəfə bizə gələndə Xatirə narazılığını ona bildirdi. Bundan sonra bizim ailəmiz ilə Həşimin ailəsi arasında münaqişə yarandı. Nəticədə Həşimin ailəsi nişanı qaytarmaq qərarına gəldi. Biz dəfələrlə qarşı tərəfdən xahiş etdik ki, narazılığı aradan götürək, nişanı qaytararaq bizi rüsvay etməsinlər. Amma Həşim və ailəsi buna məhəl qoymadı".
"Xəbər verdi ki, Həşim polisə müraciət edib"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən 4 gün əvvəl anası ilə birlikdə Xatirəni apararaq Həşimin evinə qoyub: "Həşimin ailəsinə dedim ki, nə olubsa olub, bundan sonra narazılığa son qoysunlar, bacımın adına söz çıxarıblar, ona görə də bundan sonra da sahib çıxmalıdırlar. Həmin vaxt Həşim, Həşimin qardaşı, anası da evdə olublar. Onlar mənim sözlərimi qəbul etdilər. Həmin gündən Xatirə Həşimgilin evində qaldı. Lakin avqustun 5-də, təxminən saat 14.00-da Sanqaçal qəsəbəsindəki daş karxanasında işdə olarkən anam zəng etdi, xəbər verdi ki, Həşim Xatirənin evindən çıxarılması üçün polisə müraciət edib. 14-cü polis bölməsinin işçiləri anamı Həşimgilə çağırıb ki, Xatirəni evdən çıxarıb anasına təhvil versinlər".
"Polislər dedilər ki, məcbur etmək olmaz"
Elcan qeyd edib ki, axşam saat 22.00 radələrində işdən çıxıb və birbaşa Həşimgilin evinə gedib: "Həmin vaxt orada Həşim, anası, mənim anam və 2 nəfər polis əməkdaşı olub. Az sonra qardaşım da ora gəldi. Xatirənin qolu sarıqlı idi. Sonradan mənə məlum oldu ki, həmin gün səhər saatlarında Həşimgil ailəliklə Xatirəni evdən çıxarmaq istədikdə, Xatirə bıçaqla öz qolunu kəsib. Deyib ki, ya burda öləcəm, ya da burada qalmalıyam. Dilqəmgil də təcili yardım həkimi çağıraraq Xatirənin qolunu sarıtdırdılar. Məhz bundan sonra Həşimin ailəsi Xatirəni polis vasitəsi ilə evdən çıxarmağı qərara alıblar, polis işçilərini çağırıblar. Polis əməkdaşları da bizə dedilər ki, Həşimgili Xatirəni öz evlərində saxlamağa məcbur etmək olmaz, biz Xatirəni öz evimizə aparmalıyıq. Ona görə də anam ilə birlikdə Xatirəni evimizə apardıq".
"Polisə təslim oldum"
Təqsirləndirilən şəxs bildirib ki, yolda olarkən Xatirənin Həşimgilin evində olarkən həyətdəki masanın üzərindən götürərək öz qolunu kəsdiyi bıçağı sonradan onun əlində saxladığını görüb: "Xatirənin yenə də özünə nə isə etməsindən ehtiyatlanaraq bıçağı onun əlindən aldım. Öz evimizə çatmamış bir daha Həşimlə həll etmək üçün öz anamı evə yol salaraq Xatirə ilə birlikdə onların evinə qayıtdıq. Yol gedərkən qardaşım zəng etdi, harada olduğumu soruşdu. Bildirdim ki, 14-cü polis bölməsi tərəfdən Həşimgilin evinə tərəf gəlirik. Mən 128 saylı orta məktəbin yanına çatarkən Həşimlə qarşılaşdıq. Həşimə "sən bununla bizim namusumuza sataşmış olursan, mən tələb edirəm ki, bacıma sahib olub bizi rüsvay etməyəsən, əgər bunu etməsən səni cəzalandıracağam" deyərək xəbərdar etdim. Həşim "səndə o kişilik, qeyrət yoxdur, mənə heç bir şey edə bilməzsən" söylədi. Sonra əllərini yuxarı qaldıraraq "cəsarətin, kişiliyin, qeyrətin çatarsa məni vur" deyərək üstümə gəldi. Mən də Həşimin bu sözlərini özümün və ailəmin alçaldılması kimi qəbul etdim. Cibimdən bıçağı çıxararaq 1 dəfə Həşimin sol böyrünə vurdum. Növbəti zərbələri vuranda Həşim sol qolunu zərbənin qarşısına qoyduğuna görə bıçaq onun sol çiyin nahiyəsinə dəydi. Sonra mən kənara çəkildim və bacım Xatirəni də götürərək taksi ilə evə getdik. Sonra Xatirəni evə qoydum və birbaşa 14-cü polis bölməsinə getdim. Həşimi vurduğumu deyərək hadisə vaxtı istifadə etdiyim bıçağı təqdim etdim".
"Yetər ki, məndən əl çəkin"
İş üzrə zərərçəkmiş Həşimin sözlərinə görə, onunla Xatirə arasında nişan olub: "Nişanlandıqdan sonra hiss etdim ki, Xatirənin psixoloji problemləri var. Mən Xatirəyə söz deyirdim və hiss edirdim ki, dediyim söz Xatirəyə gec çatır, eyni zamanda Xatirə mənim verdiyim suallara cavab vermir, ancaq başını aşağı salaraq üzümə baxırdı. Bütün bunlara baxmayaraq Xatirəyə buna görə heç nə demədim. Düşündüm ki, zamanla düzələr. Son zamanlar gördüm ki, anam böyük kimi Xatirəyə hər hansı bir məsləhət verdikdə, Xatirə anama kobud cavab qaytarırdı. Eyni zamanda mart ayında anam və bacım birlikdə Xatirənin evinə bayram hədiyyələri aparan zaman anam və bacımı evdən qovub. Həmçinin "votsapda" mənə və ailə üzvlərimə qarşı atmaca tipli statuslar qoyurdu. Bundan sonra bizim aramızda Xatirə ilə ədavət başlandı. Xatirə özü mənə dəfələrlə nişanı qaytarmaq istədiyini dedi. Mən də Xatirəgilin verdikləri nişan üzüyünü qaytardım. Lakin Xatirəgil mənim verdiyim nişan üzüyünü qaytarmadılar. Mən də Xatirəgilə dedim ki, nişan üzüyünü vermirsiz, verməyin, mən üzüyü istəmirəm, yetər ki, məndən əl çəkin. Bir gün iş yerində olduqda məni çağırdılar, dedilər ki, Xatirə iş yerimə gəlib. Sən demə Elcan Xatirəni iş yerimə göndərib. Mən iş yerimdə hara gedirdimsə, Xatirə də arxama düşərək ora gəldi. Elcana zəng edərək bunu bildirdim. Elcan da dedi ki, Xatirəni özü iş yerimə göndərib. Bundan sonra iş bitdi və mən evə gəldim".
"Dedi ki, hər ikisinin başını kəs"
Zərərçəkmiş bildirib ki, həmin gün Xatirə, onun anası, digər qardaşı və Elcan onların evlərinə gəliblər: "Xatirənin anası dedi ki, Xatirə bizim evimizdə qalmalıdır. Həmin vaxt mənimlə Xatirə arasında hər hansı bir nikah olmayıb. Elcanın anası həmin vaxt mənə və ailə üzvlərimə qarşı xoşagəlməz sözlər işlətdi. Anası Elcana dedi ki, əgər Həşim qızı qəbul etmirsə, hər ikisinin başını kəs. Bundan sonra Xatirəni bizim evimizdə qoyaraq getdilər. Xatirə də bizdə qaldı və evdən çıxmadı. Bundan sonra qardaşım ilə birlikdə polis bölməsinə gedərək polisə məlumat verdik. Biz düşündük ki, birdən gedib şikayət edərlər, deyərlər ki, qızı qaçırdıblar. Biz bu barədə polisə ərizə də təqdim etdik. İki gün sonra evimizə polis bölməsinin sahə müvəkkili gəldi və sahə müvəkkili özü ilə birlikdə 4-5 polis əməkdaşı da gətirmişdi. Bu zaman Xatirənin anası da bizdə idi. Polislərin təkidi ilə Xatirə bizim evdən çıxarıldı. Xatirə evdən çıxarılan zaman psixoloji problemləri olduğuna görə özünə bizim evimizdən götürdüyü bıçaqla xəsarətlər yetirdi. Xatirənin anası bu zaman Elcana və digər oğluna dedi ki, Həşimi öldürmək lazımdır".
"Düşünürəm ki, məni öldürmək istəyib"
Zərərçəkmişin sözlərlərinə görə, bundan sonra Xatirə və onun anası onların evindən tamamilə çıxıblar: "Sonra qardaşım ilə birlikdə yenidən polis şöbəsinə ərizə və izahat vermək üçün getdik. Polis şöbəsindən qayıdan zaman Elcanın qardaşı da polis şöbəsinin yanında olub. Elcan qardaşına zəng edərək bizim yerimizi öyrəndi. Mən Elcanla məhlədə rastlaşdım. Elcan deyib ki, guya onun özünü və ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan sözlər işlətmişəm. Lakin belə bir hadisə baş verməyib. Mən Elcanla küçədə söhbət zaman dedim ki, üzüyü qaytardım, bacınıza sahib çıxın, sizə verdiyim nişan üzüyünü də tələb etmirəm. Bu zaman Elcan bıçaqla məni ürək nahiyəmdən vurmağa cəhd göstərdi. Düşünürəm ki, Elcan məni öldürmək istəyib. Mən bir qədər çöndüm və bıçaq ürək nahiyəmdən deyil, bir qədər aralı hissədə qoltuq altı hissəsinə dəydi. Bundan sonra Elcan mənə ikinci dəfə də bıçaqla zərbə vurdu. Yenə də ürək nahiyəmdən vurmaq istədi. Bu dəfə də bıçaq zərbəsindən yayınmağa çalışdım. Lakin ikinci zərbə də kürək hissəmə dəydi. Elcan üçüncü dəfə məni bıçaqla vurmaq istədikdə, mən bu vaxt həmin zərbəni əlim ilə tutdum. Bıçaq bu dəfə əlimin içərisini kəsdi. Bundan sonra Elcanın qardaşı bizi araladı. Bu üçüncü zərbəyə qədər Elcanın qardaşı bizə heç bir müdaxilə etmədi".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elcan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elcan apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Həmçinin prokuror tərəfindən də apellyasiya protesti verilib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.
Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Qərara görə, təqsirləndirilən şəxsin şikayəti, prokurorun isə protesti təmin edilməyib.
Xəbərin oxunma sayı : 1534
Kriminal
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV