“Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO Günel Nəfəs barədə: “Başından böyük danışma!“ “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

  • / Maqazin / — 10 Fevral 2024

    Günel Nəfəs barədə: “Başından böyük danışma!“

  • / Maqazin / — 03 Fevral 2024

    “Sevgisiz mümkün deyil“ - Aygün Kazımova

  • / Maqazin / — 06 Yanvar 2024

    “Sevəcəyim şəxs minimum milyonçu olmalıdır“ - Roza Zərgərli

  • / Maqazin / — 05 Yanvar 2024

    Azərbaycanlı model Dubayda ərə getdi - FOTOLAR

Azərbaycanda boşanmışlar ailədə zorakılığı məqbul hesab edir, dullar “heç vaxt“ deyir - RƏQƏMLƏR

Tarix 05.12.23, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Sosial Tədqiqatlar Mərkəzi ölkə əhalisinin ailədə zorakılıq fenomeninə ümumi münasibətini öyrənmək məqsədilə telefon sorğusu həyata keçirib.

AzFakt.com xəbər verir ki, respondentlərə iki mühakimə təqdim edilib, onlardan yalnız birini seçmək təklif olunmuşdu. 

Bu mühakimələr “Ailə münasibətlərində heç bir halda zorakılıq/şiddət tətbiq etmək olmaz” və “Ailədə bəzi hallarda zorakılığın tətbiqi qaçılmazdır” kimi səsləndirilib. 

Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğuda gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Rəyi soruşulanların 77,1%-i ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmədiyi halda, 21,9%-i bəzi hallarda bunun qaçılmaz olduğunu düşünür. 1.0%-i isə sualı cavablandırmaqda çətinlik çəkir. Cavabların demoqrafik göstəricilərə görə bölgüsü maraqlı tendensiyaları üzə çıxarır.
Genderə görə bölgüyə əsasən, ailədə bəzi hallarda zorakılığın tətbiqini qaçılmaz hesab edənlər arasında kişilər  qadınlardan təqribən iki dəfə çoxdur. Onların 30,2%-i bu cavabı seçdiyi halda, qadınlar arasında analoji göstərici 14,6%-dir. Heç bir halda qəbul etməyənlər isə kişi respondentlərin 67,6%-i, qadın respondentlərin 85,4%-dir.

Qeyd edək ki, ailə vəziyyətinə görə boşanmış kateqoriyasına aid olan respondentlər arasında müəyyən hallarda ailədə zorakılığı məqbul hesab edənlərin faiz göstəricisi digər qruplara nisbətən yüksəkdir (42,9%). Bu fikirlə ən az razılaşanlar isə dul respondentlər arasındadır (14,3%) və məhz bu qrupda heç bir halda ailədə zorakılığı məqbul hesab etməyənlər ən çox faiz göstəricisinə malikdir (85,7%). Ailədə zorakılığın yolverilməzliyi fikri ilə  az razılaşma faizi isə boşanmış respondent qrupundadır.
Yaşayış yerinə görə bölgüdən aydın olur ki, bəzi stereotiplərə baxmayaraq, kənd və şəhər tipli yaşayış yerlərindən olan respondentlərin ailədə zorakılığa münasibəti demək olar ki, oxşardır. Kənd yerlərindən olan respondentlərin 78,6%-i ailədə heç bir halda zorakılığı tətbiq etməyi yolverilməz hesab edərkən, şəhər yerlərində bu göstərici  78,1%-dir. 
Zidd fikirlə isə, yəni bəzi hallarda zoraklığın yolverilən olması ilə kənd yerlərində 18,3%, şəhər yerlərində isə 21,9% razılaşıb. Kənd tipli yaşayış yerlərindən olan respondentlərin 3,2%-i cavab verməkdə çətinlik çəkib. 
Diqqət çəkən məqam odur ki,  suala məhz qəsəbə tipli yaşayış yerindən olan respondentlərin cavabları digərlərindən əhəmiyyətli dərəcədə seçilir. Belə ki, onların 66,7%-i ailədə zorakılığı yolverilməz hesab etdiyini bildirdiyi halda, 33,3%-i zorakılığı bəzi hallarda qaçılmaz hesab edir.
Yaşa görə bölgüdə məişət zoraklılığına ən dözümsüz münasibət yaşı 65-dən yuxarı olan respondentlərə aiddir. Onların 96,2%-i heç bir halda zorakılığın yolverilən olmadığını qeyd edib. Bu yaş kateqoriyasında respondentlərin heç biri ikinci mühakiməni seçməyib. Zorakılığa dözümsüzlük üzrə yüksək faiz göstəriciləri  həm də yaşı 18-25 və yaşı 56-65 olan iki demoqrafik qruplara aiddir. Birincilərin 83,6%-i, ikincilərin isə 84,5%-i zorakılığı yolverilməz hesab edir. Ailədə zorakılığın yolverilməz olduğunu ən az seçənlər 36-45 yaşlı respondentlərdir. Onların cəmi 68,9%-i bu cavabı verərkən, 31,1%-i bəzi hallarda ailədə zorakılığın qaçımazlığını qeyd ediblər. 

Məşğuliyyət növlərinə gəldikdə isə, ailədə zorakılığın tətbiqinə ən çox dözümsüzlük evdan qadınlar, tələbələr və təqaüdçülər arasındadır.

 



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap