Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü

Tarix 01.05.26, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən "Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib.
 
AzFakt.com xəbər verir ki, layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub.

Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən "Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, həmçinin tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ADA Universitetində keçirilən əvvəlki görüşdə ümumilikdə 90 tələbə iştirak edib və tədbir böyük maraqla qarşılanıb.

Layihənin davamı olaraq keçirilən budəfəki görüşdə "Senior Talks”da  iştirakçısı olan 12 tələbə, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun bir neçə rəhbər şəxsi iştirak edib. Səmimi mühitdə keçən səhər yeməyi zamanı tələbələr onları maraqlandıran suallarla Aydın Veysəloğluna və şirkətin rəhbər heyətinə müraciət ediblər.

Görüş zamanı tələbələrlə karyera inkişafı, liderlik bacarıqları, biznes mühiti,eləcə də real iş təcrübəsinə dair fikir mübadiləsi aparılıb. İştirakçılar əvvəlki görüşdə əldə etdikləri bilikləri daha da dərinləşdirmək, birbaşa ünsiyyət vasitəsilə praktiki tövsiyələr almaq imkanı qazanıblar.

Qeyd edək ki, "Senior Talks” proqramı akademik mühitlə biznes sektoru arasında körpü rolunu oynayaraq, tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bu kimi görüşlərin davamlı təşkili gənclərin real biznes dünyası ilə daha yaxından tanış olmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə xidmət edir.






Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap