“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aysel Teymurzadə səhnəyə qayıdır - VİDEO

Tarix 29.12.24, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın “Avroviziya-2009“ təmsilçisi, tanınmış müğənni Aysel Teymurzadə səhnəyə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, ailə həyatı qurduqdan sonra fəaliyyətinə ara verən müğənni son zamanlar paylaşımları ilə diqqət çəkir. Sosial şəbəkə hesabında aktivləşən müğənni kiçik məclislərdə etdiyi çıxışların videolarını da izləyiciləri ilə bölüşür. 

Artıq Aysel Yeni il tədbirlərinə də qatılır. O, “İTV”nin yayımladığı tədbirin anonsunda hətta “Bu gecə səhnəyə dönənlər” kimi təqdim olunub.  

Xatırladaq ki, bir neçə ay öncə Aysel Teymurzadənin həyat yoldaşı - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadədən boşanması ilə bağlı iddialar yayılmışdı. Daha sonra müğənni həyat yoldaşı ilə birlikdə görüntüləndiyi videonu paylaşaraq söz-söhbətə son qoymuşdu. 

Bu xəbərlərin yaranmasına səbəb isə Murad Adıgözəlzadənin işçisi olan xanımla səmimi münasibətinin olması, hətta Adıgözəlzadənin onunla evlənəcəyini bildirməsi iddiaları idi. Filarmoniyanın direktoru bu haqda danışmasa da, məsələdə adı hallanan qadın iddiaları təkzib etmişdi. Məlumatların mədəniyyət ocağının imicinə zərər yetirməsinə baxmayaraq, xəbərlər haqda rəsmi reaksiya da verilməyib.

Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün 3 övladı var.





Xəbərin oxunma sayı : 2092




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap