![]() |
|














AYNA-nın yeni mübadilə mərkəzi: Sərnişinlər və sürücülər niyə narazıdır?
Tarix 01.08.24, 8:30 |
|

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.
Məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir.
Belə ki, metrostansiyanın cənub çıxışında avtobus dayanacağı, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb. Verilən məlumata görə, yenilik sayəsində sərnişinlərin avtobus, dəmir yolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmir yolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.
Qeyd edək ki, cəmi bir neçə gündür, istifadəyə verilən yeni nəqliyyat mübadilə mərkəzi ilə bağlı həmin ərazidə hərəkət edən sərnişin və sürücülərin narazılığı yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə də iradlar qeyd olunur. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan mərkəzin vəziyyəti çətinləşdirdiyi bildirilir. Metrodan əraziyə qədər məsafənin çox olması, sərnişinlərin şəhərə işləyən taksilərin əksi istiqmətə çıxışı, baş verən dəyişikliklə bağlı lazımınca məlumatın verilməməsi istifadəçiləri narahat edir.
Məsələ ilə bağlı TNS-ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov yeni yaradılan mərkəzi bu sahədə atılan müsbət addım kimi dəyərləndirib.
O bildirib ki, bu cür HUB-ların sayını artırmaq lazımdır: "Bakının şimal, cənub qapısında da bu cür mübadilə mərkəzləri yaradılmalıdır. Bu HUB-lar sərnişinlərin səyahətini optimallşdırır. HUB-lar avtobus dayanacağı deyil, mübadilə mərkəzidir. Burada tamamilə başqa məqsədlər var. Məlumdur ki, bu da obyektiv səbəblərdən dolayı metro ərazisində ola bilməzdi".
Ekspert bildirib ki, mübadilə mərkəzinin yaradılmasında əsas məqsədlərdən biri sərnişinlərin səfərlərini asanlaşdırmaqdlr: "Bir ekspert kimi bunu alqışlayıram. Çünki burada optimallaşdırma həyata keçirilir. Uzaq məsafələrə səyahət edən sərnişin üçün nəqliyyatın müxtəlif növləri bir yerdə cəmləşib. Şəhər ətrafına səyahət etmək lazım olanda bir məntəqədən rahatlıqla səfər edə bilərik. Eyni zamanda, məqsəd odur ki, nəqliyyat sektorunda tətbiq ediləcək yeni texnologiyalar, innovasiyalar orada testdən keçirilə bilər. Uğurlu alınacağı halda, digər mübadilə mərkəzlərinin yaradılmasında da bu texnologiyalardan istifadə edilə bilər. Digər müsbət tərəfi informasiya təminatı məsələsidir ki, sərnişin ərazidə olan lövhələrdən birbaşa məlumat alır. Komfortlu gözləmə şəraiti var. Həmin ərazi sərnişin üçün daha təhlükəsizdir. Bunlar hamısı düşünülüb".
E. Cəfərov bildirib ki, vətəndaşlar metrodan HUB-a qədər olan məsafəni uzaq sayırlarsa, bu, subyektiv fikir də ola bilər:"Digər tərəfdən məsafənin uzaqlığı ilə bağlı müəyyən dəyişikliklər, yeniliklər həyata keçirmək olar. Onsuz da bu mərkəzlərin yaradılması sırf vətəndaşların rahatlığı üçün həyata keçirilir. Mərkəzin indi istifadəyə verilməsini payıza bir hazırlıq kimi də qiymətləndirirəm. Artıq indidən yeni mövsümün düşünülməsi müsbət haldır".
Xəbərin oxunma sayı : 835
Sosial
Xəbərlər
-
Hülya Avşardan danışan İbrahim: “Neçə dəfə yuvamı yıxdı“
-
Mourinyo bu komanda ilə razılaşdı - İyundan rəhbərlik edəcək
-
Bazarlarda gilasın qiymətləri “əl yandırır” - VİDEO
-
Şəmkirdə satıcılardan əlavə pul tələb olundu: Ət dükanları bağlandı
-
Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? - VİDEO
-
Vüsal Məmmədov vəzifədən çıxarıldı - 11 ay əvvəl təyin edilmişdi
-
Putin atəşkəsin yubadılmasının səbəbkarıdır - Starmer
-
Başlarına gətirilən müsibətlərdən danışdılar - FOTOLAR
-
Azərbaycanın çoxvektorlu xarici siyasəti - Regional gücdən qlobal aktora
-
Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?
-
Üç nəfəri öldürübmüş... - Xalid Tağıyevin əməlləri açıqlandı
-
“Təklif Putinin idi, amma özü gəlmədi” - Zelenski
-
Qarabağ veteranları və əlillərinin sayı açıqlanıb - Onıara nə qədər təqaüd verilir?
-
İtaliyada deputat başına çarşaf keçirib baş naziri qorxutmaq istədi - Video
-
Azərbaycanda hansı rayonda nə qədər maaş verilir? - 5 rayonda 1000 manatdan yuxarı olub
-
875 min manat vergi borcu var - “Legion Securty” şirkəti kimindir?
-
“Putin olmadan İstanbul danışıqlarında iştirakım mənasızdır“ - Zelenski
-
Kamran Əliyev bir sıra göstərişlər verdi - Fotolar
-
Dənizdə boğulduğu deyilirdi, polis sağ tapdı - 7 ay sonra
-
İlham Əliyev Albaniyaya işgüzar səfərə getdi - Fotolar
-
“Milli Taxi” MMC Taksi şirkəti cərimə edildi - 40 min manat
-
AHİK-lə bağlı ilginc iddialar - Turniketlər axşam saatlarında niyə söndürülür?
-
Prezidentdən daha bir sərəncam - Elnur Çıraqova vəzifə verildi
-
Azərbaycanda neçə şəhid ailəsi var? - Rəsmi məlumat
-
Hansı rayonda nə qədər işsiz var? - SİYAHI
-
Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həbsdə olmuş azərbaycanlı müğənnilər - Siyahıda kimlər var?
-
“Məni həbs edin, canım qurtarsın…” - Şərurlu İsfəndiyar
-
Azərbaycanda “Son zəng“in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ
-
“Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır“ - Zelenski
-
Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir? - İLGİNC
-
Xəzər rayonu sakinlərinin evlərini su basıb - FOTOLAR
-
“Prezident Azərbaycan Ordusunun fəaliyyətindən razıdır” - Zakir Həsənov
-
“Almaniya, Fransa və Britaniya Ukraynada sülh istəmir“ - Lavrov
-
Hansı rayonda nə qədər sosial yardıma ehtiyacı olan şəxs var? - Tam siyahı
-
Vüqar Səfərli ilə birgə həbs edilən MMC rəhbəri azadlığa buraxıldı - Səbəbi açıqlandı
-
Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu - Fotolar
-
Son 6 ildə Azərbaycanda 109 kişi məişət zorakılığının qurbanı olub - SİYAHI
-
“Rich Life“da dava: Xanım tanışı ilə ad gününə getdi, restorana 7500 manat ziyan vurdu
-
Prokurorluq Auditorlar Palatasından 700 min manatın hara xərclənməsini yoxlayıb - İlginc məhkəmə araşdırması
-
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib - Pakistanla həmrəyliyə görə təşəkkür edib
-
Müğənni Dəniz Əsədova həbs edildi - Məhkəmə zalında
-
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi
-
Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
-
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - “SMTS“ MMC kimə məxsusdur?
-
“AzDrama”da şok ultimatum: Əməkdar artist Mehriban Ələkbərzadəyə 24 saat vaxt verdi
-
Bank kartı məlumatlarınızı digər şəxslərlə paylaşmayın – Diqqət
-
Prezident FHN-lə bağlı fərman verdi - Dəyişiklik
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - FOTO
-
Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq
-
10-11-ci siniflər üzrə dərsliklərin bir ədədi 1 manat 93 qəpiyə çap olunacaq - Siyahı
-
Bakıda körpü uçdu, yol bağlandı - Son görüntülər
-
Axşam Bakıya leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik etdi - MƏTN
-
Daha 5 itkin şəhidimiz dəfn olunacaq - Adlar + FOTOLAR
-
“Ailə Park“ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi - Yekun qərar verildi
-
“Səba“ külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
-
Baş həkim olmaq arzusu ona baha başa gəldi - Dələduzluq
-
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək - VİDEO
-
Azərbaycanda 16 milyonluq biznes davası: Əmi və qardaşı övladları üz-üzə...
-
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
-
“Biri səni itirmək üçün oyun oynayırsa...” - Xatirə İslam
-
Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü
-
Kosmetoloqdan müştəriyə qarşı dələduzluq - Qızıllarını ələ keçirib lombarda qoydu
-
“Bu münaqişəsinin nəticəsi bütün Avropanın taleyini həll edəcək“ - Merts
-
Yaxın iki həftə ərzində Ukraynada vəziyyət yaxşılaşa bilər - NATO Baş katibi
-
“Ağılları ora qədər işləyir, hamısını dəyişəcəyik“ - Eldar Quliyevdən AÇIQLAMA
-
Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Bu il 1000 mənzil kimlərə veriləcək?
-
Bu ərazidə partlayış səsləri gələcək, təşvişə düşməyin - Müdafiə Nazirliyi
-
Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI
-
Kənd təsərrüfatı texnikalarının sürücülərinə MÜRACİƏT
-
Məşhur aktyor səhnədə Trampı tənqid etdi - VİDEO
-
Aytacdan 40 gündür xəbər yoxdur - VİDEO
-
Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi - Pakistana dəstəyə görə
-
Bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verildi - Həbs edilə bilər
-
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi - Şirvanov azadlığa 1 il tez çıxacaq
-
Azərbaycanda bu məktəb bağlanır - İDDİA
-
Yeni sədr də “Georgi lenti” taxıbmış... - FOTO
-
Sabiq deputatın qızı Mərkəzi Banka kəlağayı satıb - 1150 manata
-
Polis insan alverinə görə bu qadınları axtarır - SİYAHI
-
Fidan Sibiqa ilə görüşüb - Bu məsələləri müzakirə ediblər
-
Sabah Bakının bir çox ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
DİM-dən abituriyentlərə xəbərdarlıq - SİYAHI
-
“Putin mənim də orada olmağımı istəyərdi” - Tramp
-
Məşhur milyonçunun qardaşı hakim qarşısında - Bakıdakı dəhşətli partlayışda suçlanır
-
“İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib“ - Hakan Fidan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Paytaxtın Nizami rayonunda qanunsuz obyekt inşa edilir? - VİDEO
-
Azərbaycanlı müğənni özünə BƏYSİZ toy etdi - VİDEO
-
İcra başçısının müavini işdən çıxıb - Səbəbini açıqladı
-
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı: “Narkoman deyiləm...“
-
“PKK-nın digər qolları da silahı yerə qoymalıdır“ - Ərdoğandan çağırış
-
Azərbaycanda orta məktəb dərslikləri neçəyə çap olunur? - Qiymətlər
-
SSRİ bayrağı qaldıran, “Georgi lenti“ taxan Saleh Səmədov “Azərişıq“ASC-nin vəzifəli şəxsidir? - İLGİNC İDDİA
-
Yeni hərbi prokuror kollektivə təqdim olundu - Fotolar
-
“Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı - Dələduzluq edib
-
Şimşək çaxacaq, leysan olacaq - Sabahın havası
-
Azad edilmiş bu ərazilərə də maşınımızla gedə biləcəyik - Siyahı
-
Putinin İrana səfər tarixi hələ razılaşdırılmayıb - Kreml
-
85 minlik dələduzluq: “Vəzifəli şəxs“ saxlanıldı
-
Tramp Suriya prezidenti ilə görüşüb - VİDEO
-
Prezident onu yenidən icraçı direktor təyin etdi - Sərəncam
-
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb - VİDEO
-
Qubada fəhlələri cərəyan vurdu - Biri öldü, digəri xəstəxanadadır
-
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxıldı - Məhkəmədən qərar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb - RƏSMİ
-
Bakıdakı amansız davada 17 bıçaq zərbəsi vuruldu, 4 gün komada qaldı - HƏBS EDİLDİ
-
İranla “Avropa üçlüyü“ görüşü olacaq - Türkiyədə
-
DİN bir daha xəbərdarlıq etdi - Bu zənglərlə danışıq aparmayın!
-
“Səni gec tapsam da, bizi sevgi dəyişdi“ - VİDEO
-
Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
-
Baydenə lağ edən Tramp Səudiyyədə yuxuladı - Ayılıb səhv istiqamətə getdi + VİDEO
-
Xərclərimizin 56%-dən çoxunu yeyib-içməyə sərf edirik - Rəsmi
-
Nazir bu xanıma yüksək vəzifə verdi - Leyla Muradzadə kimdir?
-
“Memar Əcəmi”də “can bazarı”: Onlarla fəhlənin və sakinlərin həyatını kimlər riskə atıb?
-
Abramoviç danışıqlar öncəsi Kremldə göründü - FOTO
-
Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı - VİDEO
-
Nazir yeni direktor təyin etdi - Adil Kərimlidən əmr
-
Azərbaycandan bu il “Green Card“ udanları SAYI
TOP 10
ARXİV