“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən

Tarix 09.12.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AEM Elektron” MMC və “Foodini” MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.

AzFakt.com Teleqraf-a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.

Xətai Rayon Məhkəməsi “AEM Elektron” MMC-ni, Səbail Rayon Məhkəməsi isə “Foodini” MMC-ni həmin maddə ilə təqsirli bilərək cərimə qərarı qəbul etmişdi.

Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək hər iki qərarı ləğv edib.

Qeyd olunub ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.

Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap