Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“15 ildir bina tikilib, amma bizə sənəd verilmir“ - VİDEO

Tarix 04.05.26, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərdə paytaxt sakinləri bildiriblər ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki 15 ildir tikilən binada hələ də mənzillərinə çıxarış ala bilməyiblər.

Onların sözlərinə görə, bu müddət ərzində döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb, lakin nəticə dəyişməyib.

"Mən buraya altı ildir köçmüşəm. 15 ildir ki, bu bina tikilib, amma bizə sənəd verilmir. Hər dəfə 50 cür bəhanə gətirirlər. Mən evi alanda dedilər ki, iki ay sonra çıxarış veriləcək. Lakin heç nə yoxdur", - sakinlərdən biri qeyd edib.

Başqa bir sakin isə bildirib: "Heç bir xəstəxanaya, məktəbə qeydiyyata düşə bilmirik. Uşaqlar üçün çox çətin olur".

Fövqəladə Hallar Nazirliyi mövcud vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 27D ünvanında inşa olunan yaşayış binası Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanına uyğun olaraq siyahıya daxil edilib.

Lakin yanğın təhlükəsizliyi sahəsindəki mövcud çatışmazlıqlar hələ də aradan qaldırılmadığı üçün binanın istismara verilməsi barədə müvafiq rəyin verilməsi mümkün olmayıb.

Qeyd edilib ki, istismara icazə verilməyən binalarda məskunlaşma yolverilməzdir. Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binalarda ümumi əmlakın texniki vəziyyətinin təmin edilməsi binanın idarəedici təşkilatının vəzifəsidir.




Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap