“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır

Tarix 23.07.24, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan mediasının müstəqilliyi  cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdəndir
      
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə,  Zəfərimizdən sonra xarici KİV nümayəndələri ilə görüşərək  dünyada, Cənubi Qafqazda baş verən hadisələri siyasətçi, qətiyətli dövlət başçısı kimi şərh edən Prezident İlham Əliyevin artıq ənənəyə çevrilən bu təşəbbüsü bəlkə də dövlət başçısı ilə xarici jurnalistlər arasında saatlarla davam edən  təmasın   yeganə nümunəsidir.    
      
Milli Mətbuatımızın 149 illiyi ərəfəsində Şuşa yenə azad sözün,  dünya siyasətinin aktual mövzularının müzakirə olunduğu  auditoriyaya çevrildi.  Bütün dünya ictimaiyyəti demokratiyanın əsas tələbi olan   azad sözə verilən dəyərin  şahidi oldu. Ötən il  " Sənaye İnqilabı dövründə Yeni Media"" mövzusunda  Şuşa Qlobal Media Forumunun davamı olan ikinci tədbirdə iştirak edən Prezident İlham Əliyev müxtəlif istiqamətli sualları cavablandırmaqla   uzaqgörən siyasəti,  hadisələri obyektiv təhliletmə bacarığı ilə həqiqi mənada liderlik formulunun düsturunu  yenilədi.  50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etdi.
      
"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə"" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək"", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər"", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi"" və "İqlim hərəkatı və media"" mövzularında  təşkil olunan  panel sessiyalarında  müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri  arasında ətraflı fikir və təcrübə mübadiləsi aparıldı.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumatlar açıqlandı. Ötən il keçirilən  "4-cü Sənaye inqilabı dövründə yeni media"" mövzusunda I Şuşa Qlobal Media Forumundan sonra  təşkil olunan növbəti  Forum mahiyyəti, müzakirə olunan mövzularının  zənginliyi baxımından maraqlı olsa da , sualların əksəriyyəti dəyişən, daha da qloballaşan dünyamızda baş verən hadisələrlə bağlı idi.  Yüksək dəyərləndirilən  hadisələri şərhetmə  bacarığını intellekt səviyyəsi, liderlik məharəti ilə nümayiş etdirən  Prezident İlham Əliyev alternativsiz dövlət başçısı olduğunu  məntiqli cavabları ilə təsdiqlədi.
      
"Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim" sözləri ilə yerli və xarici   mətbuata böyük önəm verdiyini  çoxsaylı jurnalistlərə müsahibələri  ilə bildirən  Prezident İlham Əliyev İkinci Qlobal Şuşa Forumunda da    hadisələri tarixin, müasir dövrümüzün  tələbləri baxımından səbrlə şərh edərək zəngin biliyə malik olduğunu  göstərdi.

Vüqar Kərimov



Xəbərin oxunma sayı : 382




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap