“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək” - Ərdoğan

Tarix 18.11.23, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək və regionda baş verənləri nəzərə alaraq güclü olmalıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda pilotsuz uçuş aparatı Türkiyənin ən güclü inkişaf sahəsidir:

“Bundan əlavə, biz Hərbi Dəniz Qüvvələri baxımından yaxşı mövqe tutmuşuq. Quruda da yaxşıyıq. Hazırda biz NATO ölkələri arasında Quru Qoşunlarının sayına görə beşinci yerdəyik. Xüsusi Təyinatlı Qüvvələrimiz xüsusilə yüksək səviyyədədir. Biz bu məsələlərdə güzəştə gedə bilmərik. Ölkəmiz gələcəkdə, haqqında danışdığımız türk əsrində daha da güclü olmağa hazırlaşır. Bölgədə baş verən hadisələri görürsüz. Biz güclü olmalıyıq”.

O, həmçinin digər dövlətləri Türkiyənin artan hərbi gücündən narahat olmamağa çağırıb, çünki böyük və güclü Türkiyə planetdə sülhün bərqərar olmasına xidmət edir və bəşəriyyətin vicdanı və şərəfi naminə hərəkət edir.



Xəbərin oxunma sayı : 955




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap