Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Telefonlarınızı doldurun, su ehtiyatı yığın!” - İrandan xəbərdarlıq

Tarix 22.03.26, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


“Telefonlarınızı 48 saat ərzində doldurun”.

Bunu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı sərt bəyanatından sonra İranın Vitse-prezidenti İsmayıl Səqqab İsfahani deyib.

O, Körfəz ölkələrinə və İsrailə xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.

“Su ehtiyatı yığın və telefonlarınızı 48 saat ərzində doldurun”, - o bildirib.

İsfahaninin sözlərinə görə, bölgədə baş verən hadisələr ABŞ-yə təzyiqi artırır və mümkün qarşıdurma daha geniş nəticələr doğura bilər.

İran rəsmisi həmçinin iddia edib ki, ölkəsinin İsrail və ABŞ-yə məxsus infrastruktur obyektlərinə mümkün cavab addımları Vaşinqtona əlavə təzyiq yaradacaq.

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif də məsələ ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, İran infrastrukturuna ediləcək hər hansı hücum regionda genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranı Hörmüz boğazını 48 saat ərzində “təhlükəsiz və açıq vəziyyətə gətirməyə” çağırıb. O, əks halda ABŞ-nin İranın elektrik stansiyalarını hədəf ala biləcəyini bildirib.



Xəbərin oxunma sayı : 187




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap