“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Süni intellektlə bağlı qanunvericilik bazasının hazırlanması barədə düşünməyin vaxtı çatıb“ - Prezidentin köməkçisi

Tarix 21.07.24, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkə xidmətləri göstərən böyük şirkətlər etik normalara riayət etmək üçün çox səy göstərməkdə, sosial şəbəkələrdə dezinformasiyanın və manipulyasiya elementlərinin qarşısının alınmasında və tənzimləmə mexanizminin tətbiqində maraqlı deyillər.

“Report”un Şuşadakı müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.

“Biz yeni reallıqlarla qarşı-qarşıyayıq. Süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gün də müşahidə edirik, nizamlanmayan nəticələrə gətirib çıxarsın”, - o bildirib.

H.Hacıyev əlavə edib ki, tərəflər sosial şəbəkələrdə tənzimləmə mexanizminin tətbiqində müsbət nəticə əldə edə bilməsələr, beynəlxalq səviyyədə süni intelleklə bağlı hansısa mexanizmi birgə tətbiq edə bilərlər.

“Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb”, - prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyevin sözlərinə görə, bu məsələdə özəl təşəbbüslər var, lakin beynəlxalq səviyyədə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılmır.



Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap