“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rahat Market”in işçiləri zəhərləndi - Məhkəmə şirkət cəzalandırdı

Tarix 12.10.24, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


"Rahat Market"’də işçilər generatorun tüstüsündən zəhərlənib

Bakıda "Rahat Market"də xanım işçilər generatordan çıxan tüstüsündən zəhərlənib.

AzFakt.com xəbər verir ki, "Rahat" supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC-nin işçiləri R.C. və C.T.-ya hadisədən sonra tibbi yardım göstərilib, tibbi müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "Rahat" supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulması) protokol tərtib edilib. MMC-nin rəhbərliyi 1000 manat cərimələnib.

"ANC GROUP" MMC-nin rəhbərliyi dövlət qurumunun qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət edib və protokolun ləğv edilməsini istəyib. İddiaçı tərəf bildirib ki, hadisə sentyabr ayında olub, dərlah MMC tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülüb, işçilər sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tibb müəssisəsinə yerləşdirilib və aidiyyəti üzrə icra hakimiyyəti orqanına məlumat verilib. MMC cəriməni tamamilə qanunsuz və əsassız sayıb, hesab edir ki, bu səbəbdən də həmin qərar ləğv edilməlidir.

Məhkəmə isə "ANC GROUP" MMC-nin şikayətini təmin etməyib.



Xəbərin oxunma sayı : 2158




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap