Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR

Tarix 23.04.24, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli təklifləri və sosial layihələri ilə seçilən “Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə edib.

Kitabların təqdimatında “Nar”ın təmsilçiləri, layihənin tərəfdaşı olan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır.

Qeyd edək ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən “Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.
“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap