Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

“MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır” - “Azərsu”

Tarix 27.05.23, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


“MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır”.

Bu barədə açıqlamasında “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbər Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.

A.Cəbrayıllı son vaxtlar suyun keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə bəzi həqiqətə uyğun olmayan məlumatların yayıldığına diqqət çəkib:
“Azərsu”nun əhaliyə verdiyi su standartlara tam uyğundur. Sosial şəbəkədə bir neçə paylaşımları sona qədər araşdırmışıq və məlum olub ki, suyun keyfiyyətinin aşağı olması halı yeni tikilmiş binalarda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu MTK-ların anbarları illərdir yuyulmur. Ümumiyyətlə, bu gün Bakıda suyun keyfiyyətinə mənfi təsir göstərən iki amil var. Bunlardan biri MTK-ların yuyulmayan anbarları, digəri isə vətəndaşların, xüsusilə ətraf ərazilərdə primitiv qaydada, kustar üsulla çəkdikləri su xətləridir. Çünki bu su xətləri yerin üstü ilə çəkilir və onların çəkilməsində müxtəlif təyinatlı plastik, metal borulardan istifadə olunur. Hətta Sulutəpə ərazisində neft sənayesində işlənmiş borularla da su xəttinin çəkilməsi halına rast gəlinib. Bunlar suyun keyfiyyəti ilə bağlı müəyyən risklər yaradır”.

“Azərsu” olaraq MTK rəhbərlərinə, binaların komendantlarına, sakinlərinə və MMC-lərə səslənirik ki, standartlara əsasən, su anbarları mütləq ildə ən azı bir dəfə yuyulmalıdır. MTK-ların anbarları onların özlərinə aiddir. Onlar bu anbarları özləri idarə edirlər. “Azərsu”yun öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır”.



Xəbərin oxunma sayı : 298

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap