“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Əmək müqaviləsinin elektron imzalanması: Risk, yoxsa üstünlük?

Tarix 11.09.25, 20:32

Font ölçüsü : - / +
bitmap-img6

 
Əmək müqaviləsi işçi ilə işəgötürən arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəddir. Müqavilə vasitəsilə işçinin hüquq və vəzifələri, əməkhaqqı, iş vaxtı, istirahət və digər şərtlər rəsmiləşdirilir. Son illərdə bu prosesin elektronlaşdırılması həm vaxt və resurs qənaəti, həm də şəffaflıq baxımından mühüm yenilik hesab olunur.

Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bu barədə Musavat.com-a bildirib ki, əmək müqavilələrinin onlayn imzalanması mütərəqqi addımdır, lakin bəzi risklərin mövcudluğunu istisna deyil. Onun sözlərinə görə, bu addım həm işçi, həm də işəgötürən üçün ciddi üstünlüklər yaradır:

“İşəgötürən elektron müqaviləni formalaşdırır və işçiyə təqdim edir. İşçi onu sistemə daxil olaraq təsdiqləyir və istədiyi vaxt çıxarış götürə bilir. İşəgötürən müqaviləni işçinin iradəsinə zidd olaraq dəyişdirə bilmir. Bundan əlavə, kağız kargüzarlığından azad olunur, vaxt və resursa qənaət edilir. Ən əsası, işçi müqaviləni imzalamaq üçün idarəyə getməyə ehtiyac duymur, istənilən yerdən elektron imza ilə təsdiq edə bilir”.

S. Məmmədov həmçinin bu prosesin müəyyən risklər daşıdığını da qeyd edib: “Bəzən işçilərin smartfonu, öz adına telefon nömrəsi və ya elektron imzadan istifadə bacarığı olmur. Bu halda işəgötürənlər onların əvəzinə müqaviləni təsdiqləyirlər. Məsələn, işçi elektron imzasını mühasibatlığa və ya kadrlar şöbəsinə verir, onlar da onun adından təsdiqləyirlər. Bu isə işçinin hüquqlarının pozulması ehtimalını artırır və arzuolunan hal deyil”.

Sədrin sözlərinə görə, bütün müsbət tərəflərə baxmayaraq, bu sahədə işçilərin maarifləndirilməsi və texniki imkanlarının artırılması vacibdir.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap