| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?
Tarix 30.03.23, 23:27 |
|
Bu günlərdə milyarder Fərhad Əhmədovun ikinci səs yazısı yayıldı.
Fərhad Əhmədovun tanınmış prodüser İosif Priqojinlə səs yazısı böyük rezonans doğurdu. Fərhad Əhmədov səs yazısında Rusiyanın hazırkı hakim elitasını və birbaşa Rusiya Prezidenti Vladimir Putini tənqidlərə məruz qoyur. Lakin bu səs yazısı bir çox suallar doğurur. İlk sual da budur: məqsəd Rusiyanın çoxdan əl altında hazır saxladığı "Əhmədov proyekti"nə yeni nəfəs verməkdirmi? Əks halda, Rusiya indiki şəraitdə onun strateji hədəfləri, ordusu və hakimiyyətini tənqid edən, özünü rusiyalı kimi göstərən bu adama qarşı hövsələ nümayiş etdirməz...

Fərhad Əhmədov kimdir?
Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1970-ci ildə Moskvaya köçüb və orada Moskva Veterinar Akademiyasını, daha sonra isə Qubkin adına Neft Qaz Universitetində aspirantura bitirib.
Bəzi mənbələrə görə, həmin dövrdə Fərhad Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı başlayıb. Məhz bunun sayəsində o, 1987-ci ildə Böyük Britaniyaya köçməyə və orada yaşamağa nail olub. Təsadüfi deyil ki, Əhmədov ilk kapitalını London Birjasında Rusiyadan xəz dərilərin satışı hesabına əldə edib. Elə həmin il o, “Tansley Traiding” şirkətini yaradıb. Və SSRİ-nin müəssisələrinə avadanlıq satışı ilə məşğul olmağa başlayıb.
Fərhad Əhmədovun ulduzu neft-qaz sahəsində fəaliyyət göstərməyə başlayandan sonra parlayıb. O, 1993-cü ildə ABŞ-la Rusiyanın birgə müəssisəsi olan “Nordqaz” şirkətində 5 faiz aksiya sahibi olur və 1994-cü ildə daimi yaşamaq üçün Rusiyaya qayıdır. Çox maraqlıdır ki, 1990-cı illərin sonlarında məhz F. Əhmədov vəziyyəti get-gedə pisləşən şirkətə əlavə 150 milyon dollar investisiya cəlb edir, 1999-cu ildə isə faktiki şirkətin sahibinə çevrilir.
Diqqət çəkən bir məqam var: Rusiyanın “Qazprom” şirkəti bu ölkədə hasilatla məşğul olan özəl şirkətlərı sıradan çıxartmaq prosesinə başladı. Həmin vaxt bir çox iş adamı ya öldürüldü, ya həbs olundu, ya da öz varidatını “Qazproma” verməyə məcbur oldu. Maraqlıdır ki, uzun-uzadı məhkəmə proseslərinə baxmayaraq, Fərhad Əhmədova ciddi təzyiq göstərilmədi. O, “Nortqaz”ın 51% aksiyasının “Qazproma” verdi və yenə də biznesinə davam etdi.
Fərhad Əhmədovun bu prosesdən belə asanlıqla yaxa qurtarması çox təəccüblü idi. Bir çoxları həmin vaxt bunun səbəbini Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı ilə izah etdilər. Beləcə, 2012-ci ildə şirkətinin qalan aksiyalarını da “Qazprom”a satan Əhmədov bundan 1.5 milyard dollara yaxın vəsait əldə etdi.
Bu illər ərzində Əhmədov özü haqqında qalmaqallarda, qeyri-qanuni biznes əməliyyatlarında iştirak etməyən, ”özü özünə borclu olan” bir biznesmen imici yaratmağa çalışdı. Amma onun dollarlarının arxasında Rusiya xüsusi xidmət orqanlarının qara əlcəkli himayəçi əlini artıq çoxları görürdü.
Fərhad Əhmədov Rusiya xüsusi xidmətinin himayə etdiyi imtiyazlı milyarder idi.
Fərhad Əhmədovun siyasi iddiaları...
Fərhad Əhmədovun himayəçiləri ondan istifadə eləmək üçün ona siyasi arenada da rol verdilər. O, 2004-cü ildə Krasnodar vilayətinin, 2009-cu ildə isə Nenes Muxtar Dairəsinin RF Federasiya Şurasındakı nümayəndəsi oldu. 2007-2011-ci illərdə AŞPA-da Rusiya nümayəndə heyətinin tərkibinə də daxil edildi...

Fərhad Əhmədovun Azərbaycana gəlişi
Fərhad Əhmədov 2006-cı ildə Azərbaycanda ilk konserv zavodunu aldı. O, AZNAR şirkətini təsis edəndə iş adamı ilə yanaşı artıq siyasi, ictimai əlaqələri olan şəxs kimi də tanınırdı.
Fərhad Əhmədov Azərbaycanda öz fəaliyyətini "pullu dostluq əlaqələri" qurduğu media vasitəsilə vətənpərvər bir insanın doğma Vətəninin inkişafına öz töhfəsini vermək istəyi kimi təqdim etdi. Heyvandarlıq, balıqçılıq, arıçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələrinə də böyük pullar yatıran iş adamının başqa niyyətlərindən cəmiyyətimizin xəbəri ola bilməzdi.
Amma çox keçmədi ki, saytlara və tanınmış adamlara pul və hədiyyə verməyi sevən Fərhad Əhmədovun bu sayədə qazandığı “uğurlu iş adamı” imicinin yanında onun yüzlərlə işçinin əmək haqqını verməməsi xəbərləri dolaşmağa başladı.
Şimal qonşumuzun layihəsi...
Fərhad Əhmədov isə Azərbaycana "missiya" ilə gəlmişdi. O, Rusiyanın vaxtilə Gürcüstanda tətbiq etdiyi Bdzina İvanişvili layihəsinin azərbaycansayağı variantı idi. Təsadüfi deyil ki, Fərhad Əhmədov qısa zamanda bəzi rüşvətxor məmurları ələ ala bildi. Məqsəd isə Azərbaycan vətəndaşlığına sahiblənmək istəyi idi. O, bu yolda ciddi irəliləyiş etdi. Məhz siyasi hakimiyyətin sayıqlığı Fərhad Əhmədovun bu məsələdə bacarıqlı olmasının qarşısını aldı.
Amma Əhmədov həvəsdən düşmədi. O, bizneslə yanaşı mədəniyyət, media, ictimai əlaqələr, idman, hətta hərbi sahəyə də nüfuz etməyə bacardı. Müxtəlif sahələrə pul xərcləməklə "xeyriyyəçi" kimi tanınmağa çalışdı. Bəzi media orqanlarını ödənişli əsaslarla ələ almağı bacardı və həmin media vasitələrində ona verilmiş tapşırıqlara uyğun olaraq Rusiyanın təbliğatını həyata keçirdi. Bu mənada Vətən Müharibəsi ərəfəsində Fərhad Əhmədovun hərbi əməliyyatların ciddi faciələrə yol açacağı, bölgəyə fəlakət gətirəcəyi barədə iddiaları da onun ideyalarının hansı istiqamətdən yönəldildiyini aydınca göstərirdi.
Fərhad Əhmədov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da media sahəsində geniş əlaqələr qurmağı bacarmışdı. Məlumata görə, Rusiyalı politoloq Maksim Şevçenko və bir sıra digər şəxslərlə onun yaxın əlaqələri var və bu adamlar Əhmədov tərəfindən maliyyələşdirilir. Lazım olanda, F. Əhmədov maliyyələşdirdiyi media orqanlarında həmin ekspertlər vasitəsilə Azərbaycan ictimaiyyətini yalan mesajlar ötürür və ictimai rəyi çaşdırmağa çalışırdı.
Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə məşhur piano gecələri Əhmədovun bu sahədə də özünə yer elədiyini aydın göstərdi. Adətən, belə gecələrin iştirakçıları bahalı hədiyyələrlə yola salınırdı...

Fərhad Əhmədovla Vahid Əliyevin dostluğu
Fərhad Əhmədovun Azərbaycanda hərbi sahəyə marağını xüsusi qeyd etmək yerinə düşər. Məlumata görə, onun Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq müdiri Vahid Əliyevlə və ordu rəhbərliyində təmsil olunan bəzi şəxslərlə isti münasibətləri olub. Bu münasibətlərin hazırkı dövrdə də davam etdiyi bəllidir.
Fərhad Əhmədovun orduya "yardım göstərən vətənpərvər" kimi təqdimatında Vahid Əliyevin və ordu rəhbərliyindəki digər şəxslərin böyük rolu olub.

Fərhad Əhmədovun Qarabağ saxtakarlığı
2016-cı ildə Fərhad Əhmədov Azərbaycanın daxili ictimai rəyində daha da məşhurlaşmaq həvəsinə düşür. Fərhad Əhmədovun maliyyələşdirdiyi KİV-lərdə və sosial mediadakı blogerləri onun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması barədə "məktubunu" yayırlar. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edir.
Lakin Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov məsələni araşdırır və məlum olur ki, belə bir məktub yoxdur, yazılmayıb.
Fərhad Əhmədov sadəcə Azərbaycan cəmiyyətində məşhurlaşmaq və xalq sevgisi qazanmaq üçün belə saxtakarlığa əl atıb və bunu öz maliyyələşdirdiyi jurnalistlər vasitəsilə yayıb.

Fərhad Əhmədovun ordumuza vurduğu zərbə
Fərhad Əhmədovun ilk səs yazısı bir neçə ay əvvəl yayılmışdı. Korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin orduda baş verdiyi iddia edilən proseslərlə bağlı səs yazısı yayıldı. Onda çoxlarını həmin səs yazısında sualları verən şəxsin, səs yazısını yayanların kimliyi çox düşündürdü və ciddi müzakirələr oldu. Çünki səs yazısında sual verən şəxsin səsi ilə oynanılmışdı, səs xüsusi vasitələrlə dəyişdirilmişdi. Sonradan məlum oldu ki, həmin şəxs Fərhad Əhmədov olub. O, həmin səs yazısında öz səsini dəyişdirərək və montaj etdirərək materialı Meydan TV vasitəsilə ictimailəşdirmişdi. F. Əhmədovun bunda əsas məqsədi Azərbaycan Ordusunu gözdən salmaq olduğu heç kimdə şübhə doğurmur. Sonradan həmin məsələ ilə bağlı cinayət işi açıldı və istintaq prosesi hələ də bitməyib.

Əhmədovun Priqojinlə səs yazısı realdırmı?
Bu günlərdə isə Fərhad Əhmədovun rusiyalı prodeser Priqojinlə səs yazısı yayıldı. Rusiya elitasını, ordusunu və şəxsən Rusiya Prezidenti Putini tənqid edən səs yazısı ilə bağlı ilk reaksiya şübhəsiz ki budur: bu səs yazısı quramadır və dövriyyəyə buraxılmasının öz məqsədi var.
Məqsəd isə Fərhad Əhmədovun guya Rusiyaya bağlı olmadığı göstərməkdir. İndi Putini tənqid etmək xüsusi qəhrəmanlıq deyil. Fərhad Əhmədov kimi Rusiya hakimiyyətinə və xüsusi xidmət orqanlarına yaxın olan biri üçün bunu etmək isə diqqət çəkicidir.
Çünki Fərhad Əhmədov imtiyazlı milyarder kimi Avropa İttifaqı, Kanada, Britaniya və s. tərəfindən sanksiyalara məruz qalıb. Putin haqqında onun dedikləri guya bu sanksiyaların aradan qaldırılmasına hesablanıbmış. Lap özünü bu sanksiyalardan qorumaq üçün Rusiyanın tapşırığı ilə Xankəndinə gəlmiş Ruben Vardanyanın missiyasını xatırlatdı.
İndi Fərhad Əhmədov guya antiputinçi kimi görünüb Qərbin gözünü boyamaq istəyindədir.
Bütün təhlil göstərir ki, Fərhad Əhmədov Azərbaycana göndərilməklə vaxtilə İvanişvilinin Gürcüstanda, Vardanyanın Xankəndində reallaşdırdığı missiyanı gerçəkləşdirməli idi. Moskva tərəfindən belə cəhdlər 2013-cü ildə “Milyarderlər İttifaqı”ını yaradılmasında və Rüstəm İbrahimbəyovu müxalifətin cəmləşdiyi Milli Şuraya sədr gətirilməsində də özünü aydın büruzə vermişdi.
Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?
Fərhad Əhmədovun missiyası isə Azərbaycanda tam ifşa olunub. O və arxasında dayananlar sağa-sola xeyli pul səpələsələr də, məqsədə çata bilmədilər. Bu öz yerində...
İndi isə başqa məsələ maraqlıdır.
Priqojinlə səs yazısından sonra gündə bir milyonerin, iş adamının ölüm xəbəri gəldiyi, hətta iki yaşlı uşağa qarşı belə cinayət işinin qaldırıldığı Rusiyada Fərhad Əhmədova qarşı hansı tədbirlər görüləcək? Əgər belə bir niyyət olarsa, yəqin ki Azərbaycan tərəfi böyük məmnuniyyətlə Əhmədovu paketləyib Moskvaya təhvil verəcək. Təki qarşı tərəfdən belə bir istək olsun...Olacaqmı?
Mənbə: Lent.az
Xəbərin oxunma sayı : 574
Gündəm
Xəbərlər
-
Azərbaycanda ən çox vergini bu marketlər ödəyib - SİYAHI
-
Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi
-
Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
-
“ABŞ İranla sıx əməkdaşlıq edəcək...“ - “Birlikdə işləyəcəyik“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah bəzi yerlərdə yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic oldu - FOTO
-
TƏBİB Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? - DOSYE
-
Sel və daşqınlara görə ölkədə yoluxucu xəstəlik yayılır? - RƏSMİ
-
Ali Məhkəmə daha bir mübahisəli iş üzrə vahid qərar qəbul edib - Detallar
-
İlham Əliyev Pezeşkiana zəng etdi - Atəşkəslə bağlı təbriklərini çatdırıb
-
Ən çox vergi ödəyən 100 şirkət - SİYAHI-MƏBLƏĞLƏR
-
“Müharibə bitməyib, sadəcə fasilə verilib” - “Qalib yoxdur...”
-
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub - Anar Kərimova vəzifə verildi
-
Zığ qəsəbəsində binalarda yaranan çatlar təhlükəli səviyyəyə çatıb - VİDEO
-
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi - SƏRƏNCAM
-
“ABŞ İranla razılaşma əldə edə bilməsə, hərbi əməliyyatlara qayıda bilər“ - Tramp
-
Metroda yeni tunelin inşası zamanı avtobuslar pulsuz olacaq? - AÇIQLAMA
-
Xəzər dənizində zəlzələ oldu - Bu rayonlar silkələndi
-
“Təşəbbüsləri dəstəkləməyə hazırıq“ - Rəsmi Bakıdan ABŞ-İran anlaşmasına reaksiya
-
Atəşkəs qərarı İsraildə narazılığa səbəb olub - Netanyahuya qarşı narazılıqlar başlayıb
-
6 nəfərin zəhərləndiyi obyektin fəaliyyəti dayandırıldı - Araşdırma başlanıldı
-
Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq - SİYAHI
-
Sığorta şirkətləri hər 100 manat yığıma qarşılıq nə qədər ödəniş edib? - CƏDVƏL
-
Prezident qazaxıstanlı nazirləri qəbul etdi - FOTOLAR
-
Neft 100 dollardan da aşağı endi - Ucuzlaşma davam edəcəkmi?
-
İrana dəyən zərər necə ödəniləcək? - Təkliflər açıqlandı
-
Azərbaycanda yeni müzakirə - xəyanətə görə 20 min təzminat
-
Bakının mərkəzində sürücülərə çətin vəziyyət yaradan kəsişmə - VİDEO
-
İki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq - ƏRAQÇİ
-
ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir - Netanyahu
-
“Qobu Park II“ yaşayış kompleksində yerləşən poliklinikada antisanitar vəziyyət - VİDEO
-
Yasamal rayonunda aparılan tikinti təhlükəli vəziyyət yaratdı - VİDEO
-
ABŞ-İran müharibəsində 2 həftəlik atəşkəs razılığı - Aprelin 10-dan silahlar susacaq
-
Son günlər çoxalan suçiçəyi xəstəliyi kütləvi hal alıb? - VİDEO
-
Azərbaycan Gürcüstanla yaxın qonşu, etibarlı tərəfdaşdır
-
Azərbaycan və Gürcüstan dünyaya qonşuluq nümunəsi təqdim edir
-
Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır
-
İran səfirlikləri Trampı lağa qoydular - “Açarları itirdik”
-
Cənubi Qafqazın sabitlik və inkişaf məkanına çevrilməsinə ciddi töhfə
-
“Venesuelada prezidentliyə namizəd ola bilərəm“ - Donald Tramp
-
“Qaradağ”da özbaşınalıq: Qanunsuz torpaq satışı edən vəzifəli şəxs kimdir?
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - “Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib“
-
Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
-
“14 milyon iranlı ölkə uğrunda “canlarını qurban verməyə“ hazırdır“ - Pezeşkian
-
Bakıda mənzillər nə qədər bahalaşıb? - Rayonlar üzrə siyahı
-
Nəfəs aldığımız hava nə qədər təmizdir? - Azərbaycan bu PİLLƏDƏ
-
“Tramp və Netanyahu böyük bir səhvə yol veriblər“ - Baxçalı
-
Gürcüstandan nə alıb, ona nə satırıq? - İlk yerdə neft-qaz gəlir...
-
Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
-
Müctəba Xamenei Qumda müalicə olunur - “The Times“
-
“Ağ saray” şadlıq evində mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlandı - FOTO
-
Polisdən Qaradağda narkotik əməliyyatı: Beş nəfər saxlanıldı saxlanıldı
-
Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
-
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
-
Türkiyədə narkotik əməliyyatı: Mustafa Ceceli və Mələk Mosso saxlanıldı
-
Azərbaycanda unun son qiymətləri açıqlandı - SİYAHI
-
“Bomba səsini eşitməyəndə əsəbləşirlər” - Tramp
-
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
-
Azərbaycanda ixracdan milyonlar qazanan şirkətlər - SİYAHI
-
Netanyahu Trampı İranla atəşkəsə getməməyə çağırıb - “Axios”
-
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlanıb - QMİ
-
Pakistanın 12 günlük neft ehtiyatı qalıb - “Reuters“
-
Ayaq barmaqları amputasiya olunan yaşlı qadın xəstəxanada köməksiz qalıb? - VİDEO
-
“NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək“ - Tramp
-
Bakıda yaşayış evi çökdü - Xəsarət alan var (VİDEO)
-
Sabiq məmur cəzasını azaltmaq istədi, 150 min verdi - Dələduzluqla üzləşdi
-
Kart məlumatlarınız təhlükədə: Kiberdələduzların yeni üsulları
-
Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur - İrakli Kobaxidze
-
Naxçıvanda yeni təyinatlar: Direktor baş həkim oldu, yerinə isə... (FOTO)
-
Xamenei əməliyyat otağında - İlk dəfə belə görüntüləndi - Video
-
Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək - Prezident
-
Bu millinin 7 üzvü ölkəsinə qayıtmadı - Siyasi sığınacaq istədilər
-
Azərbaycanda vacib yenilik: Qadın və kişilər bərabər maaş olacaq
-
“Hörmüz boğazı heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq“ - SEPAH
-
Bibiheybət yolunda da torpaq sürüşməsi baş verdi - Hərəkət məhdudlaşdırıldı
-
Sığorta şirkətlərinin “çıxarış“ bəhanəsi - 800 mindən çox tikili risk altındadır
-
İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü - FOTOLAR
-
Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib - Saxlanılan var
-
Kəmaləddin Heydərov Keşləyə getdi - Tapşırıqlar verdi + VİDEO
-
Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək - Xəbərdarlıq
-
İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib - VİDEO
-
“Evin tək oğlu idi” - Selin apardığı Faik toya hazırlaşırmış + VİDEO
-
Azərbaycanlı məşhurların bahalı avtomobil nömrələri - VİDEO
-
Prezident İlham Əliyevlə xanımı Gürcüstandadır - VİDEO-FOTO
-
İntensiv və güclü yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək - Müdafiə Nazirliyi
-
Paytaxt rayonlarında subasma ilə əlaqədar təxliyələr həyata keçirilir - VİDEO
-
Çin şirkətləri ABŞ ordusu barədə “kəşfiyyat məlumatları“ satmağa başlayıblar - “The Washington Post“
-
Region ölkələri İranı ABŞ ilə danışıqlar masasına qaytarmağa çalışır - “Wall Street Journal”
-
Siqaret bazarında səssiz inqilab: Yerli məhsullar idxalı sıxışdırır
-
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı həbs edildi - FOTO
-
Türkiyə vasitəçi rolunu gücləndirir: Ərdoğan Zelenski ilə nə danışdı?
-
ABŞ-da benzinin qiyməti 4 dolları ötdü - Dörd il sonra ilk dəfə
-
“Gmail“ hesablarınız silinə bilər - XƏBƏRDARLIQ
-
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
-
Bazarlarda çəpiş əti neçəyə satılır və tələbat varmı? - VİDEO
-
Ərdoğan NATO-nun Baş katibi ilə telefon danışığı aparıb - İranla bağlı müzakirə
-
MTK çıxarış üçün vətəndaşdan pul tələb edə bilərmi? - Qanun deyir ki...
-
“İranın saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 48 saatı var“ - Tramp
-
Göygöldə faciə: Oğlunun toyunda başına aqlay daşı düşən ata öldü
-
Ayaz Salayev mövqeyini açıqladı: “Ondan başqa nüfuzlu adam yoxdur“
-
“İran İslamabaddakı danışıqlardan imtina etməyib“ - Abbas Əraqçi
-
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir edəcək? - VİDEO
-
“Cəhənnəmdən keçib Ermənistanı geosiyasi tələdən çıxardıq“ - Paşinyan
-
Xunta lideri prezident oldu - Myanmanı yenə general Hlayn idarə edəcək
-
SEPAH Küveytdəki ABŞ obyektlərinə zərbələr endirib - Bəhreyndəki “Patriot“ vurulub
-
Azərbaycanda icbari sığorta bazarı kiçilib - Mərkəzi Bank
-
“İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq“ - SEPAH
-
Əli Əsədov yağışla bağlı müşavirə keçirdi - İcra başçıları və nazirlərə tapşırıqlar verilib
-
Dövlət qurumu bu dəfə də Vidadi Orucovun oğlunu seçdi - 97 minlik müqavilə
-
VPN-i bloklamaq cəhdi xaosa çevrildi:Rusiyanın ödəniş sistemi çökdü
-
317 minlik dələduzluq - İki nəfər saxlanıldı
-
ABŞ ən ağır hərbi itkilərdən birini yaşayıb - 24 saat ərzində 6 təyyarəsi hədəfə alınıb
-
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? - VİDEO
-
Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı - MIT-ə qəbul oldu
-
“Hörmüz boğazı hərbi yolla açıla bilməz“ - ABŞ kəşfiyyatı
TOP 10
ARXİV






