“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcbari tibbi sığortaya daxil olan xidmətlərin qiyməti dəyişə bilərmi? - AÇIQLAMA

Tarix 17.03.23, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlı çıxış edib. Deputat çıxışında bu qiymətlərə yenidən baxılmasını təklif edib.

Oxu.Az xəbər verir ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.

Bu xidmətlərin qiymətlərində hər hansı dəyişiklik gözlənilirmi? Bəs bura yeni xidmətlərin əlavə edilməsi necə, gözlənilir?

Məsələ ilə bağlı  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) sorğu ünvanladıq.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə  Xidmətlər Zərfinə daha 700 tibbi xidmətin də əlavə olunması və bəzi tibbi xidmətlərin tariflərinin dəyişməsi təklif olunub.
Buraya orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatla yanaşı, bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması daxildir. 

Xidmətlər Zərfinin yaxın zamanda təsdiqlənməsi nəzərdə tutulub. Xidmətlər Zərfi təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. 



Xəbərin oxunma sayı : 1141




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap