|
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Bu kəndlər Azərbaycanın nəzarətinə keçdi - Sərhədçilərimiz daxil oldu (RƏSMİ)
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən xəbərdarlıq
Emin Əmrullayevin qardaşına sərt ittiham var: “Dedi, al bu 100 mini, get və...“ (VİDEO)
“Bravo“dakı basqınçılar arasında cinsi azlıq nümayəndəsi də var - Məhkəmə işi
Tarix 06.12.23, 19:30 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində "Bravo"ya silahlı basqınla bağlı məhkəmə prosesi davam edir. Hakim qarşısına təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov çıxarılıblar.
Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə "Azərbaycan supermarket" MMC-nin nümayəndəsi təqsirləndirilən şəxslərə qarşı 12 min manatlıq mülki iddia qaldırıb.
Hakim mülki iddianı qəbul edib.
Daha sonra Azər Məmmədovun vəkili Pərviz Məmmədovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Vəkil müvəkkilinin yaxın qohumları ilə istintaq təcridxanasında görüşməsinə şərait yaradılmasını istəyib. Hakim isə deyib ki, hazırda təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməyiblər. Bu səbəbdən ərizə baxılmamış saxlanılıb.
Bundan sonra hakim bildirib ki, təqsirləndirilən şəxslərin işgəncə görməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına göndərilən sorğuya cavab verilib. Cavabda qeyd olunub ki, təqsirləndirilən şəxslər təcridxanaya daxil olarkən tibbi müayinədən keçiblər, onlarda işgəncə faktı aşkar olunmayıb.
Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi Tural Hümmətzadənin məhkəməyə göndərdiyi məktubdan aydın olub ki, iş üzrə götürülən "Unibank"a məxsus 20 min 100 ABŞ dolları və 16 min 835 manat prokurorluğun depozitində saxlanılır, işdə ayrılan digər cinayət işi üzrə məsələyə hüquqi qiymət veriləcək.
Daha sonra təqsirləndirilən İbrahim İbrahimov tərəflərin suallarını cavablandırıb.
Əvvəlki prosesdə ifadə verən İbrahim İbrahimov demişdi ki, Goranboy rayonunun Səfikürd kəndində yerləşən tam orta məktəbdə təhsil aldığı ilk siniflərdən onda kişi cinsinə qarşı həvəs, maraq yaranmağa başlayıb. Onun sözlərinə görə, 2016-cı il tarixdə Bakı şəhərinə gələndən sonra isə tanışlıq saytlarından özümə oğlan dostlar tapmağa başlayıb, onlarla qeyri-təbii yola cinsi əlaqədə olub. Təqsirləndirilən şəxs deyib ki, 2019-cu ildə hərbi komissarlığa çağırılıb, həmin vaxt valideynləri onun cinsi azlıq olduğunu biliblər. Təqsirləndirlilən şəxsin sözlərinə görə, valideynləri onun cinsi azlıq olduğunu biləndən sonra ondan imtina ediblər, bir daha evə gəlməməsini tapşırıblar. Daha sonra o, basqın əsas təşkilatçısı, əməliyyat zamanı zərərsizləşdirilən Ruhlan İsmayılovla "sevgili" olublar.
Bu gün keçirilən iclasda ifadə verən İbrahim İbrahimov ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, ona cinayətdə iştirakçılıq ittihamı verilib. Onun sözlərinə görə, heç bir cinayətdə iştirak etməyib. Onun Ruhlan İsmayılov və Dəyanət Qüdrətov ilə aralarında olan söhbətlərdən xəbəri olmayıb.
Daha sonra təqsirləndirilən Səbuhi Qurbanov ifadə verib. O bildirib ki, təqsirləndirilən Dəyanət Qüdrətovla sinif yoldaşı olub. Onun sözlərinə görə, martın 4-də, hadisə baş verəndən sonra Qüdrət ona zəng edib və sonra görüşüblər: "Dəyanət yanıma gəldi. Üzərində silah var idi. O dedi ki, məni boş sahəyə apar, silahın içini boşladım. Mən həmin vaxt qorxduğum üçün polisə şikayət etmədim. Dəyanəti Suraxanıda qəbristanlığın yanında boş yerə apardım. Orada sandıqcanı çıxardı. Hərəkət etdirsə də, tapança işə düşmədi".
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, Ruhlan İsmayılovla əlaqəsi olmayıb, onunla görüşməyib.
Daha sonra prokurorun vəsatəti əsasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsi elan edilib.
Səbuhi Qurbanov istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edib. İfadələrində bildirib ki, Dəyanət Qudrətovu Binə qəsəbəsində yerləşən 326 saylı orta məktəbdə birlikdə təhsil aldığı vaxtdan tanıyıb və yaxın dostluq münasibətləri olub: "Dəyanət Binə qəsəbəsində 343 saylı bağçanın yaxınlığında yerləşən həyət evində atası, anası və bacısı ilə birlikdə yaşayıb. Sonuncu dəfə Dəyanətgildə əsgərlikdən qayıdandan sonra, yəni 2023-cü ilin yanvar ayında olmuşam. Dəyanətin valideynləri də məni oğlunun dostu kimi tanıyıblar".
Təqsirləndirlilən şəxs qeyd edib ki, Dəyanətin dostu Ruhlan İsmayılovu 3-4 ildir tanıyıb: "Ruhlan Dəyanət ilə eyni liseydə traktorçu fakültəsini bitirib və təhsilini başa vurandan sonra Qala kəndində traktorçu işləməyə başlayıblar. Lakin 2023-cü ilin yanvar ayının 20-də əsgərlikdən geri qayıdanda artıq Ruhlan traktorçu işləmədi, özünə məxsus boz rəngli "Opel Vectra" markalı avtomobili olub. Adını bilmədiyi şəxslə birlikdə haradasa motosiklet təmir sexi işlədib. Bunları mən də Dayanətdən eşitmişəm. Ruhlanın istifadəsində olan mobil nömrəni bilməmişəm, telefon əlaqələrimiz də heç vaxt olmayıb. Əsgərlikdən qayıdandan sonra Dəyanət ilə yaxın münasibətə davam etmişəm. Təxminən fevral ayının ortalarında Əmircan qəsəbəsində yerləşən "Doneretto" adlı dönər evində günəmuzd 25 manat pul müqabilində kuryer kimi işə başlamışam. Gündəlik olaraq Dəyanətlə əlaqə saxlayıb daha çox Binə qəsəbəsində yerləşən "Çay evi 900" adlı çayxanada görüşmüşük".
Təqsirləndirilən şəxs deyib ki, fevral ayının əvvəllərində Ruhlan İsmayılov da onlarla görüşməyə gəlib: "Ruhlan da inkassator əməkdaşlarına silahlı basqın etməyi, "Unibank Kommersiya Bankı"a məxsus bankomatdan pul götürəcəklərini planlaşdırdıqlarını dedi. Mənə birlikdə cinayəti törətməyi təklif etdi. Bundan sonra məni razı salmaq üçün Dəyanət əldə olunacaq qəniməti 3 yerə böləcəklərini bildirdi. Lakin qorxduğuma görə tərəddüd etdim".
Təqsirləndirilən şəxs deyib ki, mühafizəçiləri öldürməyi təklif etdikləri üçün qorxaraq razılaşmayıb: "Sonrakı günlərdə Dəyanət məni "whatsapp" proqramında hər dəfə yazaraq Ruhlan ilə birlikdə "Bravo" marketə getdiklərini, inkassatorları güddüklərini, lakin cinayətin baş tutmadığını dedi. Eyni zamanda Dəyanətə suallar verərək banka məxsus ATM-də pul dəyişən inkassatorları gözlədiklərini, Dəyanət və Ruhlanın hər gün gedib Əhmədli qəsəbəsində quraşdırılmış "Bravo"da "Unibank Kommersiya Bankı"ın inkassatorlarını müşahidə edərək həmin bankın inkassatorlarını hücum üçün seçdiklərini dedi. Daha çox pul daşıdıqları üçün onlara hücum etməyi, güdməyə gedəndə Ruhlana məxsus "Opel Vectra" markalı avtomobil ilə getdiklərini, avtomobilin üzərinə Ruhlanın Qala qəsəbəsində “Mercedes Benz" markalı avtomobilin üzərindən oğurladığı 11 seriyalı nişanı taxdıqlarını, planlarına görə Dəyanət ilə Ruhlan birlikdə hadisə yerində "Opel" ilə Qala qəsəbəsinə gedərək avtomaşını yandırmalı, pulları Ruhlan ilə Dəyanətin birlikdə Qala qəsəbəsində, silahları isə Ruhlanın kirayədə qaldığı ünvanda gizlətməli olduğumuzu, bir neçə gün sonra isə Ruhlanın bilmədiyim tanışına məxsus "BMW X5" markalı avtomaşını ilə Qəbələ rayonuna gedərək meşəlikdə-zadda yer tutub qalacaqlarını və digər məsələləri öyrəndim. Hətta Dəyanət hər şey yolunda getsə çoxdandır arzu etdiyim bir motosikleti almaq üçün mənə 3000 manat verəcəyini də dedi".
Səbuhi Qurbanovun ifadəsinə görə, hadisə günü saat 10 radələrində Dəyanət ona "whatsapp" proqramında "Əhmədliyə gedirik Ruhlanla birlikdə" məzmunlu sms yazıb: "Mən də Dəyanətlə Ruhlanın məhz Əhmədli qəsəbəsindəki "Bravo" marketin içindəki bankomatdakı pul vəsaitlərini dəyişməyə gələcək inkassator üzvlərinə silahla hücum edərək, onları öldürəcəklərini və pulları ələ keçirəcəklərini başa düşdüm. Dəyanət əlavə olaraq "xəbərlərdə nəsə çıxsa bizə xəbər edərsən" məzmunlu SMS yazdı. Mən də "yaxşı" deyə cavab verdim. Ardınca isə Dəyanət SMS-ləri ikitərəfli olaraq sildi. Bundan sonra sifarişdə olduğum üçün xəbərləri, sosial şəbəkələri izləmək imkanım olmadı. Hadisədən xəbərsiz qaldım. İşə çatandan az sonra saat 13 radələrində Dəyanət mənə zəng edərək harada olduğumu soruşdu. Mənimlə görüşüb sonra işə gedəcəyini deyərək "whatsapp" proqramında konum atmamı istədi. Mən iş yerim olan "Doneretto"dan Dəyanətə konum atdım. Təxminən yarım saat sonra Dəyanət taksi ilə xidməti mühafizəçi iş geyimində iş yerimə gəldi. İlk öncə mənə sosial şəbəkələrdə yayılmış hadisənin kamera tərəfindən qeydə alınmış video görüntülərini öz mobil telefonunda göstərdi. Sonra isə həmin hadisəni Ruhlanla birlikdə mənə qabaqcadan çayxanada dedikləri kimi də etdiklərini dedi. Bundan sonra hadisə barədə xəbərdar oldum. Dəyanət əlavə olaraq tapançanın üzərində olduğunu, lakin tapançada nasazlıq olduğuna görə lüləsinin ilişdiyini, içində patron qaldığını dedi, onu gözdən uzaq bir yerə aparmağımı, tapançadakı nasazlığı aradan qaldırmasını istədi. Xidməti mopedim ilə Dəyanəti təxminən 3 kilometr məsafədə yerləşən "Tatar qəbiristanlığı" adlanan yerə apardım. Ətraf sakit və kimsəsiz idi. Dəyanət yanımda gödəkçəsinin altında şalvarın kəmərinə keçirdiyi qara rəngli markasını bilmədiyim tapançanı, daha sonra isə tapançanın sandıqçasını çıxardı. Sandıqçada bir neçə patron olduğunu gördüm. Dəyanət tapançanın lüləsinin bir neçə dəfə dala-qabağa dartsa da, nasazlıq aradan qalxmadığına görə yenidən sandıqçanı tapançanın içinə taxıb eyni yerdə gizlətdi. Sonra geri mənim iş yerimə qayıtdıq. Tapança da Dəyanətin üzərində olub. Geri qayıdandan sonra Dəyanət məndən hara gedəcəyimi soruşdu. "Ballı market" tərəfə sifariş götürdüyümü öyrənəndə mənə "gedək mən də sənlə gedim, qaydanda uzaq bir yerdə telefonla nömrəmi qırıb atacam" dedi. Dəyanətin həm polisdən gizlənmək, həm də telefondakı mənə göndərdiyi silahların fotoşəkillərini yox etmək məqsədilə mobil telefonu, nömrəsini qıracağını başa düşdüm. Bundan sonra sifariş verilən ünvana Dəyanəti də özümlə apardım. Sifarişi çatdırdıqdan sonra Dəyanəti "Dədə Qorqud" qəsəbəsində neft buruqları quraşdırılmış boş mədən əraziləri olan yerə apardım. Orada Dəyanət mobil telefon ilə iki nömrəsini çıxararaq sındırıb ağaclar tərəfdə zibillik kimi bir yerə tulladı".
Təqsirləndirilən şəxs deyib ki, əvvəlcə Dəyanəti avtobus dayanacağına aparıb: "Lakin az sonra Dəyanət yenidən iş yerimə gələrək taksi ilə getmək istədiyini, mobil telefonu olmadığı üçün mənim mobil telefonundan istifadə etmək istədiyini bildirdi. Bu zaman Ruhlan hazırda xatırlamadığım mobil nömrədən "whatsapp"da SMS yazaraq Dəyanəti soruşdu. Çünki qabaqcadan Dəyanət Ruhlana telefonu işləməsə, mənim yanımda olacağını bilməsini dedi. Ruhlan telefonu Dəyanətə verməsini bildirdi. Dəyanətlə yanımda yazışmağa başladılar. Dəyanət Ruhlandan yerini soruşsa da, Ruhlan cavab vermədi. Əvəzində Ruhlan Dəyanətdən harada olduğunu soruşduqda sonuncu "Səbuhinin yanındayam" deyərək cavab verdi. Daha sonra Ruhlan Dəyanətdən silahı nəzərdə tutaraq "şey üstündədir? düzəldə bildin o içində qalanı?" soruşdu. Dəyanət "yox çıxmadı" dedi. Ruhlan Dəyanətə evə-zada getməməsini, ancaq işə getməsini və gizlənməsini tapşırdı. Sonda hər ikisi ertəsi gün saat 8-də mənim yaşadığım ünvanın qarşısında görüşəcəkləri barədə razılaşıb sağollaşdılar. Daha sonra telefonum ilə Dəyanət üçün "Bolt" taksi sifarişi verdim. Ardınca "Kia Rio" markalı bir taksi avtomaşın gəldi və avtomaşınla yola düşdükdən 15 dəqiqə sonra Ruhlan mənə SMS yazaraq bir daha Dəyanəti soruşsa da, onun artıq yola düşdüyünü bildirdim. Ruhlan "ona de işə getməsin, sənin yanında qalsın" məzmunlu SMS yazdı. Mən də sifariş verərkən qeydiyyata düşmüş taksi sürücüsünə zəng edərək Dəyanət ilə danışdım və Ruhlanın SMS-i barədə bildirdim. Dəyanət "baxaram, bəlkə" desə də, sonradan yanıma qayıtmadı. Bundan sonra da Ruhlan bir neçə dəfə mənə SMS yazaraq Dəyanətlə maraqlansa da, taksidən düşdüyü üçün Dəyanətlə əlaqə saxlaya bilmədiyimi dedim".
Səbuhi Qurbanov istintaqa verdiyi ifadəsini təsdiqləməyib. Bildirib ki, yazıblar, qabağına qoyublar, o da imza edib. Qeyd edib ki, dindirmə zamanı təzyiqə məruz qalıb, vəkili də iştirak etməyib.
Növbəti proses dekabrın 13-fə davam edəcək.
İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
Xəbərin oxunma sayı : 967
Hadisə
Xəbərlər
-
Röya rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
PA rəsmilərinin avqust ayında vətəndaş qəbulu cədvəli açıqlandı - CƏDVƏL
-
“Saville“ makaronlarının içindən diri siçan balaları çıxdı - VİDEO
-
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
-
Azərbaycanda vəzifəli şəxsin qətlinin təfərrüatları: İşığı kəsib evdən çıxmasını gözləyiblər
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib - Altısının nəticəsi ləğv edilib
-
Dolları olanlar mütləq bu xəbəri oxusun - VACİB AÇIQLAMA
-
Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? (VİDEO)
-
Kamran Əliyev Kadir Özkaya ilə görüşdü - FOTO
-
“Milyardlarla insan ekstremal istilik epidemiyası ilə üz-üzədir” – Quterreş
-
“Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır“ - Agentlik rəhbəri
-
Kreditlə bağlı mühüm yenilik: Zamin tələbi ləğv olunur?
-
DİN əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
-
“100 balı“ keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
-
“Tramp prezident seçilərsə, Ukraynaya 500 mlrd. dollar yardım edəcək“ - Pompeo
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir?
-
“Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik“ - Mikayıl Cabbarov
-
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - Səbəbini belə əsaslandırdı
-
Güclü külək və sel olacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
“Mövcud qlobal sistem artıq öz əhəmiyyətini və gücünü itirir“ - Ərdoğan
-
Prezident bu sazişləri təsdiqlədi - FƏRMAN
-
Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – SİYAHI
-
Növbəti günlərdə də dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək“ - Kreml
-
Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş...
-
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
-
Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirib - Britaniya kəşfiyyatı
-
Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?
-
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
-
POS-terminalı olmayan obyektlərə xəbərdarlıq - “6 min manat cərimə gözləyir”
-
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
-
Evdən qaçan 16 yaşlı qız tapıldı - Oğlan tutuldu
-
Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi əməliyyatda daha 34 əcnəbi saxlanılıb - VİDEO
-
“Araz” marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO
-
“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – FOTO
-
Evin qarşısına qumbara və qərənfil qoyana - Bu cəza verildi
-
Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? - İDDİA
-
“Mcdonald”s Azərbaycan” niyə cərimələnir? - Hüquqşünas səbəbi açıqladı
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu
-
Su polisləri Xəzərdə brokonyerləri saxladı - VİDEO
-
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
-
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
-
Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA
-
“Trampla debata hazıram” – Harris
-
Bütün növ pensiyalar artacaq - Bu tarixdən...
-
Avtomobillərdəki “səssiz qatil“ - sürücü və sərnişinlərə XƏBƏRDARLIQ!
-
Psixoloqların fantastik qiymət tələb etdikləri seanslar - VİDEO
-
Bu mənzillərin qiyməti bahalaşdı - Ekspertlər nə deyir?
-
“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil“ - Səfir
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi - VİDEO
-
“Mənə baxıb arzu tutsunlar” - Samirə Əfəndi
-
UEFA Konfrans Liqası: “Sabah“ səfərdə qalib gəlib
-
Qalmaqallı şirkət “Hermes-S“ MTK-ya tender verildi - 9 milyonluq
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Atalar və mandatlı övladlar ... - Bu adamlar YAP-ın siyahısına necə düşür?
-
KTN-də kadr dəyişikliyi - Bayandur Rzayev Məcnun Məmmədova təsir edə biləcək?
-
Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır: işığa qənaət və fanarla gəzən sakinlər - VİDEO
-
Bağırov işdən çıxardığı sabiq rəisə yeni vəzifə verdi - Dindirilmək üçün Bakıya gətirilmişdi
-
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
-
Deputat olmaq istəyən yeni simalar - SİYAHI
-
“Bolt”dan “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi - Məhkəmə
-
2023-cü ildə dünyada hər 11-ci adam ac qalıb – BMT
-
“Bu, həyatımda gördüyüm ən böyük sirkdir“ - Xavyer Maskerano
-
Saxta pullar hazırlayan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib - RƏSMİ
-
“Zelenski ilə sülh danışıqları çətin, amma mümkündür“ - Kreml
-
“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC
-
Nəvə nənəsinin evindən 102 minlik oğurluq etdi - Gəncədə
-
Çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
-
Bu qidadan imtina edənlərin ömrü 30 il uzanır – Həkimdən iddia
-
İmişlidə yanacaq daşıyan maşın aşdı, xəsarət alanlar var - FOTOLAR
-
Dövlət Agentliyi yenə zərər etdi, yığılmış zərəri 24 milyon manatı keçdi - HESABAT
-
Sabiq icra başçısının klinikası əmək qanunvericiliyini pozub - Məhkəməyə verildi
-
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
-
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
-
Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi
-
“Yeni Klinika“nın mühafizə rəisi rüşvəti qaytardı - Mühafizəçisinə cəza verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
Siqaretlərin qiyməti nə qədər artacaq? – İqtisadçı açıqladı
-
Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
-
Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq - SİYAHI
-
Polkovnik rektor təyin edildi - Sərəncam
-
Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
-
Tovuzda məzarlıqda dava: həmkəndlisini döyərək öldürən şəxs tutulub
-
1 litr benzinlə icra başçısının qəbuluna getdi - Cərimə edildi
-
Model Afaq Aslan yeni fotosessiyası gündəmə gəldi - FOTOLAR
-
Polad Bülbüloğlu seçkiyə gedir: Bu dairədən namizəd oldu
-
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-də qanunsuzluq: protokol yazılıb
-
Deputatlığa namizəddən sensasion bəyanat: “...enerjinizi tükətməyin“
-
Natiq Qasımovun anasına ev verildi - FOTO
-
“Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək“ - Baş nazir
-
Ağadadaş Ağayevlə onu döyən mühafizəçi haqda qərar - Vəkillər danışıdı
-
Partiya sədrinin qızı “Yüksəliş“ müsabiqəsinin qalibi oldu - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - VİDEO
-
Azərbaycanda alkoqol istifadəsi artacaq - hər 100 manatın...
-
İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...
-
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib - 72 şübhəli saxlanılıb
-
Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı - Qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb...
-
"Naxçıvan Bank"ın lisenziyası ləğv edildi - Bankın bazasında yaradılmış kredit təşkilatına lisenziya verilib
-
Lənkəran Gömrük Postunun rəisi biznes fəaliyyəti ilə məşğuldur? - İDDİA
-
Zaurla Xoşqədəm arasında 30 minlik DAVA
-
“Azvirt“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda hansı yol kəsişmələrində işıqfora ehtiyac var? - VİDEO
-
Ziya Bünyadovun qətli ilə bağlı sirr pərdəsi aralanır - Cinayəti törədən...
-
Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - Rəsmi açıqlama
-
İranla Ermənistan 500 milyonluq məxfi müqavilə bağlayıb - KİV
-
“Şlyapa Zahid” işi məhkəmədə - 42 milyon necə mənimsənilib?
-
Qiymətli kağızlar bazarı: kim satır, kimlər alır və niyə?
-
Mənzil bazarında durğunluqdur, amma qiymətlər enmir - VİDEO
-
Fatimənin hovuz görüntüsü - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sel gəldi, Qəbələnin iki kəndini su basdı - VİDEO
-
“Ümid edirik ki, Ermənistan Kiyev rejiminin seçdiyi yolu seçməyəcək” – Peskov
-
“Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır“ - Fidan
TOP 10
ARXİV