“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərişıq“ Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

Tarix 16.01.25, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən "Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib. 

2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib.  Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb. "Azərişıq” ASC-nin əməkdaşları 2025-ci ilin ilk günlərində də iş başında olublar. 110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir. Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır.  Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə "İstisu” yarımstansiyasının açılışı baş tutub.
 
Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidən qurulması işləri davam edir. Minkənddə 35 kV-luq yarımstansiyanın və şəhər daxilində Rəqəmsal idarəetmə Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Uğurla sona çatdırılan yenidənqurmalarla yanaşı, rayonun bütün kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün işlər ardıcıl olaraq gedir. Belə ki, Quşçu kəndində ÖİN-3 kabel hava xəttinin çəkilişi tamamlanıb, transformatorlar quraşdırılıb, gərginlik verilib. Kürdhacı, Ərikli, Şəlvə, Güləbird və Qorçu qəsəbəsində elektrik xətləri çəkilişi davam edir. İkidövrəli hava kabel xətləri çəkilir.    
 
Xatırladaq ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında da dağıdılmış elektrik şəbəkələri tamamilə yenidən qurulur. Yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzləri yaradılır. Görülən bütün işlər Baş Plana əsasən aparılır.







Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap