Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

“Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub“ - Hikmət Hacıyev

Tarix 21.11.23, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin paylaşımına cavab olaraq sosial şəbəkədə yazıb.

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”, – Prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, sözügedən siyasət indi də “eyni formada və təzahürdə davam edir”.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – o vurğulayıb.

Eyni zamanda, Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb:
“Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”, - Hikmət Hacıyev qeyd edib.





Xəbərin oxunma sayı : 1429




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap