Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

2,6 milyard insan “yemək bişirmə yoxsulluğu” yaşayır - Dünya Bankı

Tarix 23.01.22, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada 2,6 milyard insan həyatın ən təməl ehtiyaclarından olan yemək bişirmək üçün əziyyət çəkir.

APA bildirir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata görə, iqtisadi səviyyəsi aşağı olan cəmiyyətlər qeyri-gigiyenik şəraitdə, müasir mətbəx ləvazimatları olmadan, təhlükəli üsullarla yemək bişirirlər.

“Yemək bişirmək yoxsulluğu” adlandırılan bu vəziyyətdə dünya əhalisinin üçdə biri kifayət qədər əsas qidaların və sadə mətbəx qablarının belə olmadığı çirkli mühitdə yemək hazırlayır və qidalanırlar.

Dünya Bankı açıqlayıb ki, həyatda mədəni və sosial əhəmiyyət kəsb edən kulinariya fəaliyyəti bəzi inkişaf etməkdə olan ölkələrdə çox çətin şəraitdə həyata keçirilir. Buna görə, bank 2019-cu ildə yoxsul icmaların təmiz yemək bişirmə şəraitinə çatmasına kömək etmək üçün “Təmiz Yemək Fondu” yaradıb. Fond kulinariya xidmətlərini inkişaf etdirmək üçün qrantların maliyyələşdirilməsi yolu ilə özəl sektora maliyyə və texniki dəstək verir.

Hazırda isə təşkilat vurğulayıb ki, zəruri tədqiqatlara üstünlük verilməzsə, 2030-cu ildə 2,4 milyard insan yemək bişirmək üçün yoxsulluq içində yaşayacaq və ən sadə mətbəx tələbləri olmadan natəmiz şəraitdə qidalanacaq.



Xəbərin oxunma sayı : 817




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap