“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

20 min cərimələnən məşhur şirkətdən maraqlı izah:“500 manat hədiyyə vermişdik“

Tarix 14.09.25, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış şirkət müqaviləsiz işçi çalışdırdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə olunub.

Musavat.com xəbər verir ki, söhbət "DRESS UNİFÖRM" MMC-dən gedir. Bu şirkət Azərbaycanda işçi geyimləri istehsal edən əsas və tanınmış şirkətlərdən biridir. Şirkət həmçinin çap xidmətləri və aksesuar sifarişlərini də həyata keçirir.

MMC-dən şikayətçi olan işçi 2200 manat pulunu tələb edib. Şirkət isə bunun əsasız olduğunu deyərək ödənişdən imtina edib. Həmin şəxs MMC-dən nazirliyə şikayət edib.

Şikayət əsasında araşdırma aparılıb və MMC-nin 20 min manat cərimlənməsi ilə bağlı protokol tərtib edilib.

Cərimə olunan MMC tərəfindən verilən izah maraqlı olub. Belə ki, şirkətin iddiasına görə, şikayətçi olan şəxs işə qəbul üçün gələn zaman onun tələb olunan şərtlərə uyğun olmadığı izah olunub.

MMC-dən bildirilib ki, həmin şəxs şirkətdən bir həftə vaxt istəyib ki, iş şəraiti ilə tanış olsun və tələb olunan işi öyrənsin. Buna görə ona şərait yaradılıb. Lakin bir həftənin sonunda onunla yenidən görüşülüb və tələb olunan şərtlərə uyğun olmadığı bir daha izah olunub.

Narazı qalan vətəndaşın şikayətini əsassız hesab edən MMC-dən bildirilib ki, çalışdığı bir həftə ərzində həmin şəxsə 500 manat da hədiyyə verilibmiş. Lakin vətəndaşın tələbi 2200 manat olub.

Şirkətin izahatında diqqət çəkən məqamlardan biri də budur ki, narazı vətəndaş nazirliyə gedən zaman orada foto çəkdirərək MMC-nin rəsmi şəxslərindən birinə göndərib. Şirkət həmin vətəndaşın bu addımını şantaj və hədə-qorxu kimi şərh edib.

Vətəndaş nazirlikdə çəkdirdiyi fotonu şirkətin rəsmilərindən birinə göndərəndən sonra şikayətini də edib. Bundan sonra araşdırma aparılıb və MMC 20 min manat cərimə olunub.

Şirkət rəsmilərinin izahatında qeyd olunur ki, MMC-də çalışan işçilərin maksimumum əmək haqqısı 500 manat olub. Buna görə də vətəndaşın onlardan 2200 manat tələb etməsi absurddur. Amma maraqlıdır ki, bir ay çalışdırdığı işçiyə maksimum 500 manat əmək haqqı verdiyini deyən şirkət bir həftə yoxlanışa gəlmiş şəxsə 500 manat hədiyyəni niyə verib? Yəqin ki, şikayət etməməsi üçün verib. Lakin həmin şəxs şirkətdən 2200 manat tələb etdiyi üçün iş 20 minlik cərimə ilə yekunlaşıb.
 



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap